Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ramiz Mehdiyevin 83 yaşında dərk etdiyi reallıq - PƏRVİZ HƏŞİMLİ YAZIR
Tarix: 03-08-2020 | Saat: 11:23
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Müsahibə / Aktual | çapa göndər

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin fəallaşması barədə iddialar özünü doğrultmaqdadır.Xəbər verdiyimiz kimi PA-nın sabiq rəhbəri özünün sonuncu siyasi xarakterli bəyanatını səsləndirib.
AMEA-nın rəsmi internet resursunda yayımlanan bəyanatda akademikin hakimiyyətə mesaj xarakterli fikirləri diqqətdən yayınmaya bilməz.
Belə ki, Azərbaycanın olduqca həssas siyasi mərhələyə qədəm qoyduğunu vurğulayan Ramiz Mehdiyev daha sonra bəyan edir: “Ermənistanın təcavüzü və dünya erməniliyinin aqressiv hücumları ilə üzləşdiyi, pandemiyanın fəsadları ilə mübarizə apardığı bir vaxtda ictimai rəyi belə bir formada çaşdırmaq və parçalamaq dövlətçilik maraqları nöqteyi-nəzərindən qətiyyən yolverilməzdir. Belə hərəkətlər ölkəmizin taleyi baxımından da olduqca təhlükəlidir. Hal-hazırkı siyasi şəraitdə bizim hər birimizin yalnız bir düşməni var – işğalçı Ermənistan! Bütün enerjimiz və gücümüz bu düşmənlə mübarizəyə yönəldilməlidir. Tariximiz də onu göstərir ki, xarici təhlükələri unudub, daxili mübarizəyə aludə olduğumuz bütün dövrlərdə biz böyük itkilərlə və məğlubiyyətlərlə qarşılaşmışıq. Keçmişin faciələrindən ibrət almaq və ölkə başçısının ətrafında sıx birləşmək bizim Vətən qarşısındakı borcumuz və mənəvi məsuliyyətimizdir!”
“Hal-hazırkı siyasi şəraitdə bizim hər birimizin yalnız bir düşməni var – işğalçı Ermənistan!”dır deyən Ramiz Mehdiyevin burada qeyri-səmimi olması açıq görünür.
Görünür, son zamanlar ölkədəki anti-korrupsiya tədbirləri, kimliyindən asılı olmayaraq heç kəsə güzəşt olunmayacağına dair ölkə başçısının mesajları akademiki və onun çevrəsini qorxuya salıb.
Burada söhbət “Mehdiyevlər klanı”nın illərdir ki, ölkədə hüquqdan kənar əməllərindən gedir. Elə təkcə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin əməlləri araşdırılarsa onların dövlətə hansı zərər vurduqları üzə çıxar.
Bununla bağlı hüquq-mühafiəz orqanlarının arxivlərində baxılmamış kifayyət qədər cinayət tərkibli şikayətlər var.
Yüzlərlə sahibkarın haqqının tapdanması, onların əmlaklarının yağmalanması və sair kimi faktlar saysız-hesabsızdır.
Bir zamanlar ölkədə bölücülük siyasəti aparan, qarşıda Ermənistan kimi düşmənimizin olduğunu unudan Ramiz Mehdiyev indi milli birlik nağılları danışır.
Bu o şəxsdir ki, PA-ya rəhbərlik etdiyi dönəmlərdə Azərbaycanın nüfuzlu Qərb institutları ilə münasibətlərini gərginləşdirib. 
“Wikileaks” açıqlamalarında onun Azərbaycanın inkişaf perspektivinə hansı əngəllər törətməsi barədə yüzlərlə faktlar unudulmayıb.
Vətəndaş cəmiyyəti quruculuğu prosesini yoxa çıxaran da bu adam olub.
Ölkədəki siyasi məhbus ordusunun yaranmasında xüsusi rolu olub.
Qarabağ cəbhəsində savaşan insanları dövlətdən narazı salan da bu şəxs olub.
O zaman nədənsə, Ramiz Mehdiyev üçün milli birlik, vahid düşmən anlayışı yox idi.
“Parçala, hökm sür” siyasəti hər zaman onun üçün prioritet olub.
Güncə sıxışdırılmaq pis şeydir. Nəhayət ki, Ramiz Mehdiyev özünü və çevrəsini gözləyən təhlükənin qarşısında 83 yaşında milli birliyin vacibliyini dərk edə bildi.


Xəbəri paylaş

1 1268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___