İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi
Tarix: 31-07-2020 | Saat: 11:29
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Təbriklər | çapa göndər
İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı müqəddəs Qurban bayramı münasibətilə Rəcəb Tayyib Ərdoğanı və qardaş Türkiyə xalqını təbrik edib, Türkiyə Prezidentinə möhkəm cansağlığı və Türkiyə xalqına firavanlıq arzularını çatdırıb.
Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində dövlətimizin başçısına və xalqımıza bayram münasibətilə ən xoş arzularını çatdırıb.
Söhbət zamanı Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin gündən-günə inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib. Dövlət başçıları bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin uğurla keçirildiyini vurğulayıb, bunu Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü kimi dəyərləndiriblər.
Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş hadisələrlə əlaqədar Türkiyə Prezidentinin göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib.
Dövlət başçıları əməkdaşlığımızın müxtəlif sahələrdə uğurlu inkişafının perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.
Xəbəri paylaş
9628 dəfə oxunub.
Digər xəbərlər

16-12-2015, 17:25
17 yaşlı qız qardaşını öldürüb, qollarını kəsib, basdırdı - MƏHKƏMƏDƏN QANDONDURAN İFADƏLƏR
29-08-2021, 12:32
“AZƏRAVTOYOL” ASC-DƏ BİABIRÇILIQ: Katibə müdirindən hamilə qaldı…
31-03-2015, 17:16
Azərbaycanlı Türkiyə üçün atom elektrik stansiyası tikəcək
21-08-2019, 00:27
Xırdalanda avtomobil xəndəyə düşdü - FOTO
22-12-2017, 12:56
Dünyanın gözü Madriddə-175-ci “El-Klasiko”
14-05-2016, 18:45
Lazarev Azərbaycandan dəstək istədi
22-05-2017, 13:22
Hava qeyri-sabit keçəcək - Nazirlik xəbərdarlıq yaydı
27-04-2017, 20:25
Çimərlikdə özündən 39 yaş kiçik sevgilisilə belə əyləndi - FOTOLAR