Yürüş gecəsi ilə bağlı daha bir neçə şəxs həbs edildi - VİDEO
Tarix: 23-07-2020 | Saat: 17:46
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə | çapa göndər
Məlum olduğu kimi iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə dinc və vətənpərvər ruhda keçən yürüşün sonunda bir qrup şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması hallarına yol verilib. Həmin şəxslər Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərlə yanaşı, mülki nəqliyyat vasitələrinə də ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülən operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.
Fakt üzrə başlayan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz hərəkətlər törətməkdə şübhəli bilinən şəxslərdən daha bir qrupunun şəxsiyyəti müəyyən edilərək saxlanılıblar. Onlar şübhəli şəxs qisimində istintaqa cəlb edilib və barələrində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılaraq məhkəmənin müvafiq qərarları ilə həbs olunublar.
Hazırda qanunsuz hərəkətlərə yol verən şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat istintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş
5438 dəfə oxunub.
Digər xəbərlər

15-12-2018, 16:56
"Sərxan sizə kişiliyini sübut edər"
11-03-2022, 11:17
Doğum evindəki fotosu ilə gündəmə gələn qadın bloqer imiş
9-03-2023, 14:14
Tərtərdə bir nəfər minaya düşdü
21-07-2016, 00:23
Ərdoğanı öldürmək istəyən general həbs edildi
13-02-2022, 12:00
Vüsalə Əlizadənin dünyadan köçən qardaşının ƏMANƏTİ - FOTO
20-11-2018, 16:06
Sabah bu ərazidə işıq olmayacaq
11-05-2016, 14:24
Türkiyə ilə vizasız rejim üzrə danışıqlar dayandırıldı
28-06-2015, 18:47
Avropa Şurasının Azərbaycana elan etdiyi müharibədən məğlub çıxmamaq üçün resept (VİDEO)
26-10-2016, 16:47
Lisenziyasi ləğv edilmiş "Parabank"la bağlı qərar
15-07-2015, 14:57
Sevdiyi futbolçu uddu, o isə - qalibiyyəti soyunaraq qeyd etdi - VİDEO