Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəhid mayorun banka kredit borcu qalıb - Vəkilindən AÇIQLAMA (VİDEOMÜSAHİBƏ)
Tarix: 23-07-2020 | Saat: 17:36
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Reportaj | çapa göndər

Şəhid mayorun banka kredit borcu qalıb- Vəkilindən AÇIQLAMA (VİDEOMÜSAHİBƏ)

Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun "Kapital Bank"a 12 min manat kredit borcu var. Mərhum mənzil almaq üçün kredit götürsə də, sonradan aldadılıb.
Bu barədə Sumqayıt Regional Vəkil Bürosunun müdiri, vəkil Anar Qasımlı məlumat verib. O, bildirib ki, Anar Novruzov şəhid olmazdan öncə onun hüquqlarını müdafiə etmək üçün aralarında müqavilə imzalanıb:
"Şəhid Anar Novruzov bir nəfər hərbçiyə mənzil almaq üçün 11 min 850 manat pul ödəyib. Sonradan mənzil ona verilməmişdi. O, da Sumqayıt Hərbi Prokurorluğuna müraciət etmiş, işdə cinayət tərkibi olmadığı üçün xitam verilmişdi. A.Novruzova bildirilmişdi ki, mülki iş olduğu üçün məhkəməyə müraciət etsin. Birinci instansiya məhkəməsi A.Novruzovun prosesdə iştirak etmədiyinə görə, onun əlehinə qərar çıxarmışdı. Sonra yanıma gəlib, qərarı mənə verdi. Biz Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət etdik. Hazırlaşıram ki, A.Novruzovun vərəsəsi ilə, lazımi sənədləri hazırlayaq. Məhkəmədə onun hüquqlarını tam müdafiə edəcəm. Ailəsindən mənə verilən məlumata görə, şəhid ödədiyi 11 min 850 manatı "Kapital Bank"dan kredit götürüb".
Müxbir: Famil Fərhadoğlu
Video: Müzəffər İsmayılov
 




Xəbəri paylaş

6008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___