Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Düşmənin Dondar Quşçuya atdığı top mərmisi əkin sahəsinə düşdü
Tarix: 23-07-2020 | Saat: 15:00
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Araşdırma | çapa göndər

Düşmənin Dondar Quşçuya atdığı top mərmisi əkin sahəsinə düşdü
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin (DİN) “102 Xidmətindən Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisinə 1 ədəd mərminin düşməsi barədə məlumat daxil olub.
ANAMA-dan  verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Tovuz rayon Polis Şöbəsinin əməkdaşları təhlükəsizlik qaydalarını nəzərə alaraq iyulun 22-də həmin əraziyə göndərilib və birlikdə qeyd olunan ərazidə əkin sahəsinə baxış keçirilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamamış 122 mm-lik top mərmisinin (OF-56-1) aşkar olunub.
Top mərmisinin partladıcısı (RQM-2) üzərində olduğuna görə iyulun 23-də yerində zərərsizləşdirilib.
 Top mərmisinin ətrafında 50 kv.m əraziyə yerüstü, 5 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Xəbəri paylaş

5258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___