Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Madriddə Ermənistan səfirliyinin önündə etiraz aksiyası keçirildi
Tarix: 22-07-2020 | Saat: 18:08
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya | çapa göndər

Madriddə Ermənistan səfirliyinin önündə etiraz aksiyası keçirildi
İyulun 21-də İspaniyanın paytaxtı Madriddə Ermənistanın son hərbi təxribatlarına və Azərbaycana qarşı işğalçılıq siyasətinə etiraz əlaməti olaraq aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Ermənistanın İspaniyadakı səfirliyinin binası önündə baş tutan etiraz aksıyası İspaniya Azərbaycanlılar Birliyi, Valensiya Azərbaycanlıları Cəmiyyəti və İspaniya-Azərbaycan Mədəniyyət və Ticarət Assosiasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşdirilib. Pandemiya ilə əlaqədar aksiyada 20 nəfərin iştirakına icazə verilsə də, Ermənistan səfirliyinin binasının önünə 45 nəfərədək soydaşımız toplaşıb. Aksiya zamanı ermənilərin soydaşlarımızı təxribata çəkmək cəhdi alınmayıb. Həmvətənlərimizin soyuqqanlılıq nümayiş etdirməsi və yerli polisin erməniləri ərazidən uzaqlaşdırması nəticəsində təxribatın qarşısı alınıb.
Tədbirdə İspaniya Azərbaycanlıları Birliyinin sədri Vahid imanov (Burqos vilayəti),Yeni Yazarlar-Sənətçilər Birliyinin avropa təmsilçisi şair Səfa Rəşid (Santander şəhəri), Valensiya Azərbaycanlılar Cəmiyyətinin sədri Mubariz ibrahimov (Valensiya şəhəri), İspaniya Azərbaycan Mədəniyyət və Ticarət Assosiasiyasının sədri Fərid Mustafayev, İspaniyanın Torlavega şəhərində "Qarabağ" idman klubu yaradan Şamo Eyvazov, diaspor fəalları Yaqut Novruzova, Cəmil Quliyev, Madrid və Barselonadan qoşulan soydaşlarımız iştirak ediblər.
Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandığı, Tovuz cəbhəsində həlak olan şəhidlərimizin şəkillərinin, "Qarabağ Azərbaycandır!", "Qarabağ Azərbaycana məxsusdur!", "Ermənistanın işğalçılıq siyasətinə son qoyulsun!" və s. şüarların nümayiş olunduğu aksiyada çıxış edənlər ölkəmizə qarşı Ermənistanın törətdiyi hərbi təxribatları və təcavüzkar siyasəti şiddətlə qınadıqlarını bəyan ediblər. Natiqlər dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın sərt çəkildə cəzalandırılması, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun erməni işğalından azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün qətiyyətli addımlar atılmasını tələb ediblər.
İnsidentsiz başa çatan etiraz aksiyasından sonra soydaşlarımız Azərbaycanın İspaniyadakı səfirliyinə gedərək, dövlətimizə, xalqımıza və ordumuza dəstəklərini bildiriblər.




2648 dəfə oxunub.

Digər xəbərlər
1-04-2015, 13:41 Yol polisini döydülər

bütün xəbərlər
____ Instagram ___