Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda DƏHŞƏT: Körpə ölümə məhkum edildi
Tarix: 22-07-2020 | Saat: 13:42
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Səhiyyə / Foto-fakt | çapa göndər

Bakıda DƏHŞƏT:Körpə ölümə məhkum edildi
“Bakıda beş aylıq uşaq ruhi xəstə valideynin ucbatından ölümə məhkum edilib”.
"Xeberaz.Az"  xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sossial şəbəkədə paylaşıb.
Bildirib ki, uşaq A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilib: "Beş aylıq uşağın aclıqdan iki kiloqram çəkisi qalıb. Ana ruhi xəstədir. Deyir “Mən vergiliyəm, uşağıma kimsə dəyə bilməz”. Uşaq ölüm və həyat arasındadır. Onun qasıq yırtığı və qaraciyərlə bağlı problemi də var".
“Bakıda valideynini ölümə məhkum etdiyi uşaq barədə araşdırma aparılır”.
Bu barədə Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib. O qeyd edib ki, qurum tərəfindən yerli icra hakimiyyətinin qəyyumluq şöbəsi ilə birlikdə araşdırma başlanılıb:
“Komitənin psixoloqu, sosial işçisi və hüquqşünasları məsələyə cəlb edilib. Uşağın sağlamlığı, valideynin psixoloji və sosial vəziyyəti qiymətləndirildikdən sonra körpənin maraqları nəzərə alınaraq, o və ailəsi barədə qərar veriləcək. Məsələ hazırda komitənin nəzarəti altındadır”.


Xəbəri paylaş

9548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___