Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Maska taxın” deyən avtobus sürücüsü öldürüldü - FOTO
Tarix: 12-07-2020 | Saat: 21:26
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Dünya / M2 | çapa göndər

Fransanın Bayonne şəhərində 59 yaşlı avtobus sürücüsü Philippe Monguillot 22 və 23 yaşlı iki sərnişinlərin hücumuna məruz qalıb. Gənclər tərəfindən vəhşicəsinə döyülən sürücü xəstəxanaya çatdırılıb. Ancaq həkimlər onu xilas edə bilməyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin səbəbi isə koronavirusla bağlıdır.
Belə ki, sürücü sərnişinlərdən xahiş edib ki, maska taxsınlar. Bu təklifdən əsəbiləşən gənclər sürücüyə hücum edib və onu ölümcül döyüblər. Sürücünün qızı Marie Fransanın AFP agentliyinə deyib ki, beyin ölümü keçirən atasının həyatda qalmaq şansı yox idi. Ona görə də onu süni şəkildə can verən aparatlardan ayırmağa qərar veriblər. Düşünüblər ki, ona dünyasını rahat dəyişməyə imkan verməlidirlər.
Sürücünü döyən gənclər isə həbs olunublar. Onlar qətl törətməkdə ittiham olunurlar.
Fransanın Baş naziri Jan Kasteks deyib ki, Fransa ləyaqətli vətəndaşını itirdi. Qanun isə bu mənfur cinayəti törədənlərə layiq olduqları cəzanı verəcək. Fransanın Daxili İşlər naziri Gerald Darmanin isə avtobus sürücüləri ilə görüşə hazırlaşır. O deyib ki, belə cinayətlər cəzasız qala bilməz.
Bu qətl hadisəsi Fransada ciddi rezonans doğurub. Sürücünün ailəsi yerli sakinlərlə birlikdə Philippe Monguillotun işlədiyi avtobus qarajından şəhərin mərkəzinə doğru sükut içində yürüş ediblər.
Digər sürücülər hadisə səbəbindən xəttə çıxmaqdan yayınıblar. Onlar ciddi təhlükə ilə üzləşdiklərini bildirirlər və dövləti sürücülərin müdafiəsinə qalxmağa çağırırlar.


Xəbəri paylaş

1 1468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___