Tərtər rayonunun Buruc kəndində yaşayan Əliyeva Türkan Firdovsi qızı Tərtər Rayon İcra Hakimiyyətində qəribə suallarla rastlaşıb.
"Xeberaz.Az" BAXAR.AZ-a istinadla xəbər verir ki, ölkə başçısına müraciət edən Türkan Əliyevaya icra hakimiyyətindən cavab gəlib. O, icra hakimiyyətinə dəvət olunub və icra başçısı Müstəqim Məmmədov tərəfindən “Prezidentin baş-beynini niyə xarab edirsən?” sualı ilə rastlaşıb.
Hadisə ilə bağlı Türkan Əliyeva BAXAR.AZ-a açıqlama verib:
“May ayının 2-də ölkə başçısına məktub yazdım. İyunun 11-də mənə Tərtər Rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavinindən cavab gəldi ki, ünvanladığınız müraciətlə bağlı köməklik göstərmək mümkün deyil. Zəng etdim müavinə öz iradımı bildirməyə. Mənə dedi ki, telefon söhbəti deyil, gəl icra hakimiyyətinə. Özünə də dedim ki, şəraiti olmayan evdə yaşayıram. Uşaqlarımın sağlamlığına təsir edir. Sonra orada olan xanım mənə telefonu verdi ki, icra başçısı Müstəqim Məmmədov sizinlə danışmaq istəyir.
Müstəqim Məmmədov mənə “Məndən nə istəyirsən, sən bilmirdin ki, ailə quranda həyat yoldaşın kasıbdır, neçə il sonra uşağın olub?” kimi suallar verdi.
Mən ölkə başçımız İlham Əliyevə yenidən müraciət edəcəyimi deyəndə mənə Müstəqim Məmmədov dedi ki, niyə İlham Əliyevin baş-beynini ağrıdırsan?”
Müstəqim Məmmədov isə KİV-ə açıqlamasında Türkan Əliyevanın Ümid Partiyasının üzvü olduğunu deyərək, vətəndaşın problemini həll etməyi yaddan çıxarıb.
Açıqlamasında Ümid Partiyası sədrinin təbliğat-təşviqat məsələləri üzrə müavini Tamilla Qulami Türkan Əliyevanı tanıdığını və onun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün addımlar atdığını qeyd edib:
“Parlament seçkiləri dönəmində mən hər kəndi qarış-qarış gəzib insanların problemlərini dinləmişəm. Eləcə də, Türkan xanımgilin evində olmuşam. Problemi işıqlandırdım və adının çəkilməsini istəməyən bir şəxs ailəyə müəyyən qədər kömək də etdi. Tərtərdə parlament seçkilərində total saxtakarlığın olması səbəbindən qalib gələ bilmədim. Lakin Tərtərdə yaşayan insanlar bu gün də mənə müraciət ünvanlayır. Onlara bacardığım qədər dəstək olmağa çalışıram. Tək mən yox, Ümid Partiyasının digər üzvləri də vətəndaşlarla işləyirlər. Vətəndaşın probleminin həlli istiqamətində addımlar atırlar.
Türkan xanım Ümid Partiyasının üzvü deyil. Lakin üzv deyil deyə ona kömək etməməliyik? Yoxsa, Müstəqim Məmmədov ancaq YAP-ın üzvlərinə kömək edir? Əgər, belədirsə, bu səhv yanaşmadır.
Ümid Partiyası olaraq hakimiyyətə gəldiyimiz zaman vətəndaşın hansı partiyadan olmasından asılı olmayaraq hər birinə eyni səviyyədə yanaşacayıq. O zaman vətəndaş hiss edəcək ki, müstəqil Azərbaycanda yaşayır.”
Qeyd edək ki, Tərtərin bir qrup sakini su, örüş torpaqlarının olmamasından əziyyət çəkir. Dəfələrlə piket, aksiya keçirmələrinə rəğmən problemləri həll olunmur. Tərtərdə örüş torpaqlarının Müstəqim Məmmədov tərəfindən zəbt olunduğu da deyilir. Müstəqim Məmmədovun adı isə tez-tez mal-qara saxlamaqda hallanır.
Sən bilmirdin ki, ailə quranda həyat yoldaşın kasıbdır?- İCRA BAŞÇISINDAN VƏTƏNDAŞA İNANILMAZ SÖZLƏR
Tarix: 03-07-2020 | Saat: 12:48
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Müsahibə | çapa göndər
Xəbəri paylaş
1 2358 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 03-07-2020 | Saat: 12:48
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Müsahibə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
10-08-2017, 23:03
ANS-in keçmiş aparıcısına ağır itki
22-06-2017, 16:25
Dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
23-05-2016, 15:13
Qazprom Estoniyadan çıxdı
14-04-2017, 20:19
Mədinə Məlik öz qrupunun solistini belə təbrik etdi - FOTO
29-11-2019, 17:53
Əli Həsənovun şöbəsi ləğv edildi
28-08-2016, 00:18
Moskvadakı yanğında ölənlərin hamısı qadındır
20-06-2017, 21:18
Deputat: "Bəziləri iftarı qonaqlıq kimi başa düşür"
13-02-2022, 13:24
Bu şəxslərin NƏZƏRİNƏ! - Fevralın 15-dən... - VİDEO
26-11-2015, 23:48
Dayanacaqa 50 metr yaxın olan ev satılır
22-10-2018, 12:47
“Tünzalə, Tovuzdan gəlib seks-simvol oldun”