Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İNAM KƏRİMOV -İnamı itirir yoxsa?...
Tarix: 21-06-2020 | Saat: 15:33
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər

Keçən ilin dekabrın sonlarına yaxın Space tv-nin efirində gedən Xəbərlər informasiya proqramında efirə gedən reportajların biri məhz mal ətinin 2020-ci ildən əlavə dəyər vergisindən azad edilməklə ətin də qiymətinin bu nöqteyi nəzərdən qiymətinin də düşməsi xəbəri verildi. Və mal ətinin də 1kq-nın qiyməti  həmin vaxt 9 AZN-ə satılırdı.2020-nin ilk yanvar ayına qədəm qoyduq, o tarixdən də düz 6 ay, başqa sözlə düz  yarım illik bir zaman keçdi.  
Lakin nə bazarlarda, nə də digər alış-veriş mərkəz və xırda qəssab dükanlarında belə ətin qiymətində düşmə müşahidə olunmadı. Əksinə ay hörmətli Kənd Təsərrüfatı naziri İnam Kərimov, biz mal ətinin o əvvəlki 9 manat qiymətindən hər kiloqramında düz 2-3 manat bahalaşmanın şahidi olduq. Burada təəccüb və təəssüfdoğuran aktual bir sual ortaya çıxır: Məgər o Xəbərlərdə elan edilən o Əlavə dəyər vergisindən ətin azad olunması nəticəsində qiymət enməsini şəxsən sizin rəhbərlik etdiyiniz nazirlikdə hesablayıb ölçüb-biçib təqdim etməmişdiniz? Onda belə çıxır ki, siz bu yalan nəticələnən xəbəri elə ilbaşı guya əhaliyə şad,  ümidverici bir töhfə kimi qulaqlara eşitdirdiniz də hə?
Axı nə vadar edirdi ki,  bu yalanlarla dolu olan bu xəbəri xalqa çatdırmaqda?  
Siz bu Nazirliyə təyin olunanda sizin çöhrənizdən yağan insani keyfiyyətlər zəmnində xalq sizdən çox böyük töhfələr gözləyirdi. Xüsusən də bölgələri gəzib kənd təsərrüfatı sahələrini gəzməklə fermerləri  dinləməklə onların mövcud vəziyyətini yaxşılaşdırmağı gözləntisi də açıq aşkar görünürdü. Lakin bu gözləntilər özünü bu sarıdan heç doğrultmadı. Yəni nəzərə alsaq ki, artıq bir il yarımdır  Enerji daşıyıcıların və kommunal xidmətlərin , qiymət  artımı baş vermədiyi halda, yalnız ətin qiymətinin düz 30 faiz qaldırılması əhalidə sizə qarşı  adınıztəki olan İnamı sözün əsl mənasında itirmək üzrədir. Və Nəzərə alsaq ki, heyvanda 1 kq ət -13 kq yonca və 5 kq arpa yeməklə əmələ gəlir, bu nöqteyi nəzərdən də adı qeyd edilən yemlərinsə qiyməti artmamış, lakin ətin qəssab dükanlarında birdən birə 40 faiz qalxması cəmiyyətimizin kasıb təbəqəsinin ikrah və qəzəb hissinə səbəb olur. 
İnam Kərimov, bi qeyd etdiklərimizi inanırıq ki, bir acı həqiqət kimi qəbul edib vu aktual mövzunu şəxsi nəzarətinizə götürərək ətin qiymətinin əvvəlki formasına qaytarılmasına çalışacaqsınız.
Qarşı tərəfin fə mövqeyini dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayırıq...


Xəbəri paylaş

1 2338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___