Sərt karantin rejiminə görə rayona gedənlər Bakıya qayıtdı - Tıxac yarandı
Tarix: 16-06-2020 | Saat: 10:03
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Foto-fakt | çapa göndər
Həftəsonu və bayram günü ilə əlaqədar yaranan 3 günlük qeyri-iş günlərində paytaxtdan regionlara üz tutan vətəndaşlar geri qayıdır.
"Xeberaz.Az" xəbər verir ki, bununla əlaqədar Bakının bütün giriş-çıxış nöqtələrində böyük tıxaclar yaranıb.
Bakı, Sumqayıt və Abşerona giriş-çıxış qadağası ilə əlaqədar qurulan stansionar postlarda sənədlərin yoxlanılması tıxacın daha da artması ilə nəticələnib.
Analoji vəziyyət ötən həftənin cümə və şənbə günləri vətəndaşlar regionlara üz tutan zaman da baş vermişdi. Hətta bir çox vətəndaşlar tıxac səbəbilə əsas şose yolundan çıxaraq, torpaq yolla hərəkətini davam edtirmişdi.
Qeyd edək ki, Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində 14 iyun saat 00:00-dan etibarən 16 iyun saat 06:00-dək sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.
Həmin müddət ərzində Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.
Burada yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna kimi tanınıb.
Xəbəri paylaş
6348 dəfə oxunub.
Digər xəbərlər

6-05-2016, 18:45
Prezidentdən yeni direktor - Təyinatı
6-01-2022, 11:35
Azərbaycanda dollar bahalaşacaq? - Deputatdan AÇIQLAMA
9-02-2020, 06:37
Günün qoroskopu: "İradəli və qətiyyətli olun"
23-05-2016, 17:15
Məmmədyarov: “Danışıqları bərpa etməyə hazırıq”
26-02-2016, 13:07
İlhamənin oğlu: "Jurnalistlərdən dəfələrlə üzr istəyirəm"
6-12-2017, 20:28
Afaq ona təhqir yazan izləyicisinə: "Artıq susmayacam"
30-11-2016, 11:10
Azərbaycanda ağır qəza: hərbçi öldü
19-09-2017, 14:20
"Bakıya 10-15 sm su düşən kimi başlayırıq "SOS" qışqırmağa"