Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Baku Steel Company”nin rəhbəri jurnalisti məhkəməyə verdi - FOTO
Tarix: 08-06-2020 | Saat: 21:30
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər

“Reaksiya” TV məhkəməyə verilib.
Bu barədə Unikal.org-a  açıqlamasında “Reaksiya” TV-nin rəhbəri Zaur Qəriboğlu deyib. Z. Qəriboğlu bildirib ki,  Ramiz Mehdiyevin yaxın adamı olan “Baku Steel Company” nin rəhbəri Rasim Məmmədov onları məhkəməyə verib.
Z. Qəriboğlu məhkəməyə verilmə səbəblərinə belə aydınlıq gətirib: “Mayın 27-də  “Reaksiya” TV-də verilişimiz olub.  Keçmiş Bakı Poladəritmə Zavodunun rəhbəri və “Elektroştamp” zavodunun rəhbəri bizim TV-yə müraciət ediblər. Və bildiriblər ki, Rasim Məmmədovun rəhbərlik etdiyi “Baku Steel Company” bizim haqlarımızı pozur. Müraciətlərində qeyd ediblər ki, onların məxsus olduqları zavodu dağıdırlar. Biz də bu məsələni araşdırıb TV- də vermişik. Bu məsələyə görə də bizi məhkəməyə veriblər”.
Qeyd edək ki,  iyunun 11-də  saat 12:00-da Yasamal Rayon Məhkəməsində məhkəmə hazırlıq iclası keçiriləcək.
Murad İbrahimli
 


Xəbəri paylaş

1 1188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___