Tarix: 28-05-2020 | Saat: 18:01
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt / Həftə-Reytinq | çapa göndər
Bakı-Quba yolunun 96-cı km də ağır yol nəqliyyat hadisəsi baş vermişdir.
"Xeberaz.Az"-ın əldə etdiyi məlumata görə, hadisəyə səbəb 99-KU-264 dövlət nömrə qeydiyyat nişanlı "Şaqman" markalı yük maşını olub.
Belə ki, 99-CX-792 dövlət nömrə qeydiyyat nişanlı "Opel Astra" markalı avtomobilin mühərrikində yaranan nasazlıq, avtomobili hərəkətdə olduğu zaman məcburi dayandırmışdı.
Bu zaman eyni hərəkət istiqamətində yüksək sürət ilə hərəkət edən "Şaqman" markalı yük maşını yolun sağında dayanmış "Opel Astra" markalı avtomobilinə arxadan çırpılaraq hadisə törətmişdir. Hadisə baş verən zaman "Opel Astra" markalı avtomobilin sürücüsü kəllə-beyin travması almışdır. Xoşbəxtlikdən ölən və ağır yaralanan olmamışdır.
Hadisə şahidlərinin verdiyi məlumata görə, "Şaqman" markalı yük maşının sürücüsü ehtimal olunur ki, sükan arxasında içkili olmuşdur.
Qısa araşdırma nəticəsində məlum oldu ki, hadisə törədən "Şaqman" markalı yük maşının əsl sahibi Emil adlı sahibkardır.
Sözü gedən sahibkarın sürücü ilə nəyin ki, müqaviləsi heç maşının Sığortası belə olmayıb.
Vergidən yayınma hallarıda istisna olmaqla,üzərinə düşən öhdəlikləri yerinə yetirməyən sahibkar və sürücü zərərçəkmiş şəxsə vurulan maddi və mənəvi ziyanı ödəməkdəndə boyun qaçırırlar.
Qarşı tərəfi dinləməyə hazırıq....
Xəbəri paylaş
Digər xəbərlər