Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Narkoman olmamaq üçün nə etməliyik-Raqif Allahverdi
Tarix: 19-05-2020 | Saat: 13:40
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Müsahibə | çapa göndər

    Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dedikdə ilk ağıla hüquq mühafizə orqanları və onlar tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri gəlir. Bu yazıda isə mübarizənin ikinci bir istiqaməti mənə görə bəlkədə daha vacib olan tərəfi maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunmaq istərdim.
    Dəyərli valideynlər və dostlar sizə narkotik vasitələrin qanunsuz dövriyyəsinin terrorçuluğun, radikal dini qrupların əsas gəlir mənbəyi olmasından, burdan əldə olunan vəsaitlərin leqallaşdırılaraq dünya iqtisadiyyatına təsirindən, digər cinayətlərin törədilməsinə şərait yaradaraq dünyanın kriminogen durumunu ağırlaşdırmaqdan və digər neqativ təzahürlərdən bəhs etməyəcəm. 
    Beləliklə bu yazının ana xətti narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə maarifləndirmə yolu ilə mübarizə aparmaq üçün mümkün olanları və vacib görünənləri müzakirəyə çıxarmaqdır. 
    Biz nə etməliyik?! Mövcud göstəriciləri qorumaq və bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün artıq ənənəvi üslublardan fərqli olaraq daha təsirli metodlarla maarifləndirmə tədbirləri təşkil etməliyik. Dünya təcrübəsini nümunə alaraq informasiya-komunikasiya texnologiyalarının imkanlarından geniş istifadə etməklə o cümlədən slaydlar vasitəsi ilə sistemləşdirilimiş layihə proqramı çərçivəsində şəhər və rayonlarda, ali və orta ixtisas təhsil müəssislərində təlim və seminarlar, treninqlər, ictimai mühazirələr təşkil olunmalıdır. 
    Cünki məsələyə kompleks yanaşmada maarifləndirmə tədbirlərində əyani vəsaitdən, illustriasiyadan və diaqramlardan istifadə edilməsi problemin mahiyyətini daha aydın önə çəkir. Eyni zamanda məzmunda profilaktikaya, faktlara əsaslanan önləyici məsələlərin əks olunmasına xüsusi diqqət yetirilməlidir. 
    Nəzərə almaq lazımdır ki, ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, uşaq birliyi rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri, müəllimlər narkotik vasitə və psixotrop maddələr haqqında müəyyən lazimi məlumata malik olmalıdırlar. Eyni zamanda buna paralel olaraq şagirdlərimizdə yaş kateqoriyasına uyğun olaraq müəyyən məlumatlara sahiblənməlidirlər. Lakin burda maraqlı tendensiyalar müşahidə olunur. Adətən təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinə daha çox dərslərdə intizamlı və aktiv olanlar cəlb olunur. Lakin antinarkotik təbliğat üzrə seminarlar, treninqlər təkcə təhsildə daha yaxşı göstəriciləri olanlar arasında yox əsasən risk qrupuna daxil olan məktəblilər, valideyn himayəsindən məhrum olmuş internat müəssisələrinin şagirdləri və xüsusilə davranışında asosial meyillər müşahidə olunanlar arasında aparılmalıdır. Cünki dəstəkləyici mühit olduqda bu kateqoriyadan olanlar üçün sağlam və qanuni davranışı qəbul etmək daha asandır.
    Bəs bu tədbirləri kimlər icra etməlidir?! Bəlkədə maarifləndirmə işinin əsas tərəfi bu sualın cavabındadır. Çünki lazimi nəticəni əldə etmək üçün maarifləndirmə işləri çərçivəsində təşkil olunan seminarların, treninqlərn və təlimlərin aparılması bu sahə üzrə ixtisaslaşmış təcrübəli əməkdaşlara həvalə edilərsə, daha effektli olar. 
Təcrübə göstərir ki, naşıcasına, ehtiyatsız verilən məlumat yeniyetmə və gənclərdə qeyri-sağlam maraq oyada və narkotilərin dadına baxmağa, təsirini yoxlamağa can atmasına səbəb ola bilər. Eyni zamanda mühazirələrdə narkotiklərin necə əldə edilməsi, istifadə yolları, onlarının təsirinin əsas xüsusiyyətləri və qəbulu zamanı yaranan hissiyat barədə məlumatlar VERİLMƏMƏLİDİR. 
    Əksinə seminarlarda nümayiş olunan təqdimatlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, istifadənin sosial nəticələri, erkən müalicənin labüdlüyü və mümkünlüyü, həmçinin narkomanlıq probleminin hüquqi aspektləri ilə bağlı məsələləri xüsusilə qeyd etmək lazımdır.
    Maariflənmə işinin əhatəsinin genişləndirilməsində, narkotiklərin fəsadlarına dair məlumatlılıq səviyəsinin artırılmasında kütləvi informasiya vasitələrinin, sosial şəbəkələrin imkanlarından geniş istifadə zəruridir. 
    Müşahidə olunan budur ki, televiziya və radiolarda dövriyyədən götürülmüş narkotik vasitələr və cinayət məsuliyyətinə cəlb olunanlar barədə informasiya xarakterli məlumatlar verilir. Lakin bilməliyik ki, narkomaniyanın miqyasının genişlənməsi kriminogen durumun pisləşməsi və cinayətlərin sayının artması ilə yanaşı, digər ağır fəsadlara gətirib çıxarır, məişət zorakılığı, boşanma, deqrodasiya, əmək qabiliyyətinin itirlməsi, təhlükəli infeksiyalara, AİDS və hepatitə yoluxma, ölüm hallarının çoxalması ilə nəticələnir. 
    Sonda isə əlavə olaraq bir neçə fikir bildirmək istərdim: "Dünyada heç bir narkotik vasitənin güvənli istifadə şəkli yoxdur hər kəsin asılı olma riski vardır", "Narkotik təkcə istifadəçinin yox onun ailə üzvlərinində həyatını məhv edir".
    Buna görədə şəxsiyyətimizin, ailə dəyərlərimizin və nəhayət dövlətimizin qorunmasına naminə zərərli vərdişlərə qarşı birlikdə mübarizə aparaq ki, güclü Azərbaycan da bizi daim qorusun.


Xəbəri paylaş

8118 dəfə oxunub.

Digər xəbərlər
9-04-2016, 19:23 Kerri Əfqanıstana getdi

bütün xəbərlər
____ Instagram ___