Metroda maska taxmayan sərnişin həbs edildi
Tarix: 10-05-2020 | Saat: 13:22
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Səhiyyə / M2 | çapa göndər
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti 9 may 2020-ci il saat 06.00-dan bərpa edilib.
"Xeberaz.Az" xəbər verir ki, həmin məlumatda yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar pandemiya dövründə Bakı metropoliteninin fəaliyyətini Operativ Qərargahın tələb və qaydalarına uyğun qurmalı olduğu bildirilib. Bu xüsusda “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”in tələblərinə əməl olunmalı, o cümlədən metropolitendə hərərkət edən sərnişinlər tibbi maska taxmalıdırlar. Lakin mayın 9-da metropolitenin “20 Yanvar” stansiyasında 1986-cı il təvəllüdlü Bakı şəhər sakini Nicat Rəhmanoğlu polisin tibbi maska taxmaq barədə göstərişinə əməl etməyərək mübahisə edib. Polis əməkdaşının metodiki göstərişin müvafiq tələbini izah etməsinə məhəl qoymayan sərnişin inzibati məsuliyyətə cəlb edilib. İnzibati Xətalar Məcəlləsinin 535. 1 maddəsinin tələblərinə zidd hərəkət etmiş Nicat Rəhmanoğlu Yasamal rayon məhkəməsində səhvini etiraf edib. Ona 10 sutka həbs cəzası verilib. Ümumən, metropoliten ərazisində 167 nəfərə rəsmi xəbərdarlıq edilib. Qayda pozuntusuna təkrar yol verəcəkləri təqdirdə İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyətə cəlb olunacaqları onlara bildirilib. “Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə bir daha çatdırır ki, Operativ Qərargahın müvafiq metodiki göstərişinə, o cümlədən tibbi maskanın taxılması barədə qaydaya əməl edilməlidir. Əks təqdirdə qaydanı pozan sərnişinlər inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.
Xəbəri paylaş
4398 dəfə oxunub.
Digər xəbərlər

18-08-2023, 16:40
Nigar Şabanovadan qadınlara məsləhət: Elə kişiləri atın çölə - FOTO
13-05-2016, 19:09
Cəbhədə gərginlik: Azərbaycan şəhid verdi
29-08-2016, 02:24
İki müğənni arasında şəkil çəkdirmək davası - foto
26-03-2016, 17:37
Mingəçevirdə yol qəzası baş verib — VİDEO
1-07-2017, 17:43
İlham Əliyev icra başçısını bu səhvinə görə cəzalandırıbmış
27-12-2018, 14:13
Naxçıvanda ər arvadını öldürdü
28-02-2018, 13:53
Azərbaycanlılar 63 ölkəyə vizasız gedə bilər
25-04-2021, 12:02
Dolların məzənnəsi sabit qaldı