Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Onlar da tutuldular - FOTOLAR
Tarix: 09-05-2020 | Saat: 09:42
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

Onlar da tutuldular -FOTOLAR

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun İdris-qışlaq kəndi ərazisində yerləşən evlərin birindən televizor və məişət avadanlıqları, eləcə də iki ədəd qəlyan, həmin qəlyanlara aid tütün məmulatları və aksesuarlar oğurlamaqda şübhəli bilinən üç şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, araşdırmalarla onların həmin kənd sakini olan bir azyaşlı, Şabran rayon sakinləri olan Tural Ağayev və əvvəllər məhkum olunmuş Əjdər Xıdırov olduqları müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Oğurlanan avadanlıqlar və qəlyanlar polis əməkdaşları tərəfindən Tural Ağayevin yaşadığı evdən maddi sübut kimi götürülüb.
Qeyd olunan hadisə ilə bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxslərin analoji hadisələrdə iştirak edib-etməmələri araşdırılır.
  • Onlar da tutuldular -FOTOLAR
  • Onlar da tutuldular -FOTOLAR
  • Onlar da tutuldular -FOTOLAR




Xəbəri paylaş

5998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___