Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Amma görünən odur ki, hansısa "YEKƏ QOZ " müəllim cənab prezident İlham Əliyevin sözünü saymır
Tarix: 07-05-2020 | Saat: 14:30
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Aktual | çapa göndər

Bildiyiniz kimi prezident İlham Əliyevin cənab prezident İlham Əliyevin əmri ilə  Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar vermişdir.Nazirlər Kabinetindən verilən məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən etmişdir:
- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının üç misli məbləğində;
- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının dörd misli məbləğində;
- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının beş misli məbləğində.
 Lakin  cənab prezidentin verdiyi qərarı nazirlər kabinetinin müəyyən etdiyi müddətli əlavələrdə ciddi dəyişiklik baş verib. Beləki özl qərarlarını prezidentin qərarından üstün sayan  Dövlət Sığorta Agentli , TƏBİB , və Təcili Yardım idarəsi  nazirlər kabinetinin tibb işçiləri üçün tarif şurası tərəfindən müəyyən etdiyi əmək haqqlarının köhnə tarixlə müəyyən edilmiş tarif cədvəli üzrə hasablamayıblar. Üç misli əvəzinə 1 misli. Özlərini hamıdan ağıllı sayan bu üç qrumun rəhbəri cənab prezidentə rəsmən açıq şəkilədə xəyanət edir.Əldə etdiyimiz məlumata görə Təbib açıqlamalarının birində bildirmişdir ki, ümumilikdə 7698 nəfərə 5.3 milyon manat mart ayı üçün müddətli əlavə olaraq ödənilib. Amma hesablamalara görə tibb işçilərinə mart ayı üçün ödəniləsi məbləğ təxminən 18.659.416 ( on səkkiz milyon altı yüz əlli doqquz min dörd yüz altı ) manat təşkil etməli idi. 5.3 milyon manat ödənilib bəs 13.3 milyon hanı?
Ölkə ərazisində həbslərin arı - arasının kəsilmədiyi bir vaxtda güzlərini pul hirsi örtmüş bu məmurların üzlərinə gəlir əldə etmək məqsədilə korrupsiyaya bulaşmaqları az deyilmiş kimi hələ üstəlik bu xalqa təmənnasız xidmət göstərən tibb işçilərinidə prezidentin üstünə qaldırmağa çalışırlar.
Elə bu səbəbdən Tibb və Təcili Yardım əməkdaşları Korrupsiya idarəsinə və baş prokuror cənab Kamran Əliyevə şikayət məktubu göndəriblər.
Təəssüflər olsun ki,  məmur özbaşınalığının pik həddi Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə klinikasında və Təxirəsalınmaz Təcili Tibbi Yardımda baş alıb gedir. Dərdini dilə gətirmək istəyən tibb işçilərinin hamısı ayrı – ayrılıqda rəhbərlik tərəfindən müəyyən məsələlərlə təhdid olunur, şikayət edəcəkləri təqdirdə isə ən yaxşı ehtimal işlərindən azad olunmaqla hədələnirlər.
Istər Dövlət Sığorta Agentliyi , istər TƏBİB istərsədə Təcili Yardım rəhbərliyi bilməlidir ki, bu ölkənin başçısının sözü qanundur ! Verdiyi əmr və tapşırıqlar dərhal icra olunmalıdır !
Amma görünən odur ki, hansısa  "YEKƏ QOZ " müəllim  cənab prezident İlham Əliyevin  sözünü saymır
 Hörmətli Tibb işçiləri sizin çoxsaylı şikayətlərinizi nəzərə alaraq probleminizi cəmiyyəttə çatdırdıq. Gözlədiyiniz üç badamdan sizə bir qoz düşdü .  O, da " YEKƏ QOZ " müəllimin sayəsində.


Xəbəri paylaş

4 2618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___