Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda küçədə qadının telefonu əlindən alındı
Tarix: 05-05-2020 | Saat: 09:31
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

Bakıda küçədə qadının telefonu əlindən alındı
Bakıda soyğunçuluq hadisəsi baş verib.
"Xeberaz.Az" xəbər verir ki, hadisə aprelin 24-də saat 15 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, A. Rzayev küçəsində qeydə alınıb.
Belə ki, naməlum şəxs qəsəbə sakini qadının mobil telefonunu soyğunculuq yolu ilə ələ keçirib.
Daha sonra qadın bu barədə polisə müraciət edib.
Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən soyğunçuluq törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş, 1972-ci il təvəllüdlü Elman Abidov müəyyən olunub.
Suraxanı Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşların tərəfindən dünən axşam saaatlarında keçirilən müvafiq tədbirlərlə onun gizləndiyi yer müəyyən olunaraq 31-ci Polis Bölməsinə təhvil verilib.
Faktla bağlı başlanan cinayət işi üzrə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbəri paylaş

6678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___