Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gəncədə son sutkada 32 nəfər koronaya yoluxdu
Tarix: 04-05-2020 | Saat: 20:07
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Səhiyyə | çapa göndər


Ötən gün ərzində Azərbaycanda 52 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bunun 32-si yalnız Gəncədə qeydə alınıb.
"Xeberaz.Az" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, yoluxucu xəstəliklər üzrə işçi qrupun rəhbəri Vasif Əliyev deyib.
O qeyd edib ki, Gəncədəki epidemioloji vəziyyətin ağırlaşması karantin rejiminin ciddi pozulduğunu göstərir:
"Bu yaxınlarda Gəncədə belə yüksək insident nisbəti qeydə alınıb ki, bu da sakinlərin karantin rejiminin tələblərindən yayındığını göstərir. Bu, təkcə Gəncəyə deyil, ölkənin digər böyük şəhərlərinə də aiddir. Karantin rejimi yüngülləşdirildikdən sonra daha çox insan fərdi mühafizə qaydalarına məhəl qoymadan küçələrə çıxmağa başladı. Vətəndaşlar artıq sosial məsafəyə riayət etmirlər və maskalar taxmırlar. Hökumət xəstəliyin yayılması ilə mübarizə üçün bütün tədbirləri gördü, indi vətəndaşlar məsuliyyətli olmalı və karantin tədbirlərinə ciddi riayət etməlidirlər".


Xəbəri paylaş

9218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___