Azərbaycan XİN Ermənistanın bəyanatına cavab verdi
Tarix: 23-04-2020 | Saat: 18:35
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Qarabağdan xəbər var | çapa göndər
Ermənistan XİN-in bu ölkənin 2018-ci ildən bəri münaqişənin mərhələli həllinə əsaslanan danışıqlar aparmadığını iddia edən açıqlaması, hətta bu bəyənatın yerli ictimaiyyəti sakitləşdirmək üçün verildiyi aydın olsa belə, çox gülüncdür. Ermənistan XİN-in dürüst şəkildə öz əhalisini münaqişənin həlli üzrə aparılan sülh prosesi barədə məlumatlandırması daha doğru olardı.
"Xeberaz Az" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin şərhində bildirilir.
2018-ci ildə bu ölkədə hakimiyyət dəyişikliyi baş verəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində sonuncu 21 aprel tarixli videokonfrans da daxil olmaqla 10 görüş keçirilib. Ermənistan XİN-in məntiqi ilə belə çıxır ki, iki ölkə naziri, eləcə də 3 ölkənin həmsədrləri, eləcə də xarici işlər nazirlərinin heç bir işi yoxmuş kimi birgə vaxt keçirib söhbətləşmək üçün görüşüblər?!
Azərbaycanın münaqişənin həlli prosesi və danışıqların əsas prinsipləri barədə mövqeyi ən yüksək səviyyə də daxil olmaqla, hər zaman səsləndirilib. Vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də mövqeyi onların verdikləri bəyanatlarda, o cümlədən 2019-cu ilin 9 mart tarixli bəyanatda açıq şəkildə ifadə olunub. Bunların hamısında münaqişənin mərhələli şəkildə həll olunması elementləri aydın şəkildə görünür.
Həmçinin danışıqlar eyni formatda və eyni gündəlik üzrə davam edir. Belə olmasaydı 21 aprel tarixində məlum bəyanatını səsləndirən Ermənistan xarici işlər naziri bir neçə saat sonra videokonfransda iştirak edib müzakirələrə qatılmazdı.
Ermənistan xarici işlər nazirinin özünün də razılaşdırdığı kimi əhalisini sülhə hazırlanması istiqamətində addımlar atması daha faydalı olar.
Xəbəri paylaş
8358 dəfə oxunub.
Digər xəbərlər

15-08-2023, 12:51
Marketlərdə satılan ərimiş şokoladlar təhlükəlidirmi? - FOTO
4-04-2015, 19:13
Bu saat nə qədər ömrünüzün qaldığını göstərir
5-08-2017, 10:45
Hadisə və Sibel Can "O səs Türkiyə"dən ayrıldı
13-10-2016, 19:17
Vüsalədən kövrək sözlər: "Olmaya, sən də tənhalığa çəkilmisən?"
22-10-2015, 12:36
Bakıda maskalı şəxs mağazaya belə girdi - KAMERA GÖRÜNTÜSÜ
12-02-2018, 16:46
Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürüldü
16-08-2023, 21:27
Bakıda ərinin qətlini sifariş etməkdə təqsirləndirilən 23 yaşlı qadının FOTOSU - ŞOK TƏFƏRRÜAT