Ağ Göl Milli Parkında Qüdrət İbrahimovla Loğman Mehdiyev özbaşınalığı davam edir
Tarix: 11-04-2020 | Saat: 14:12
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Araşdırma | çapa göndər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağ Göl Milli Parkında Loğman Mehdiyev "bazarı" hələ də işləyir…
Adı daim mətbuatın gündəmindən düşməyən Ağgöl Milli parkı ilə bağlı Xalqxeber.az-a daxil olan məlumatda bildirilir ki, Milli Parka yeni direktoru Qüdrət İbrahimov öz səlahiyylərini tamamilə Loğman Mehdiyevə verməklə bərabər həmdə onun şərikinə çevrilib. Belə ki, direktor Ağ Göl Milli Parkında bütün işlərin nəzarətini müavini Loğman Mehdiyevə həvalə etməklə bərabər həmdə oğurluq işlərdən əldə edilən pullarada şəriklik edir.
Ağcabədi rayonundan saytımıza daxil olan məlumatda bildirilir ki, direktor müavini Loğman Mehdiyev koronovirusla bağlı ölkəmizdə elan edilən karantin rejimindən istifadə edərək Ağ Göl Milli Parkında balıq və heyvan ovunu davam etdirməklə məşğuldur. Belə ki, hazırda Ağcabədi və İmişli rayon bazarlarına demək olar hər gün Ağ Göl Milli Parkından tutulan balıqlar satışa çıxarılır. Məlumatda vurğulanır ki, karantin rejimi ilə əlaqədar restoran və kafelərin bağlanmasına baxmayaraq Loğman Mehdiyevin adamları balıqlarını qapı-qapı düşüb sata bilirlər.
Bildirilir ki, işin ən maraqlı tərəfi isə ondan ibarətdir ki, Loğman Mehdiyev və adamları Milli Parkdan tutduqları balıqların bir hissəsini İmişlidə fəaliyyət göstərən şəxsi balıq vətəgəsinə yığırlar. Yəni Loğman Mehdiyevin komandası indidən bir növ qışa «hazırlıq» görürlər.
Karantin rejimindən sui-istifadə edən Qüdrət İbrahimovla Loğman Mehdiyev cütlüyünün adamları demək olar ki, son 20 gündə Ağ Göl Milli Parkında dayanmadan qanunsuz balıq ovunu həyata keçirirlər.
Loğman Mehdiyevin qanunsuz balıq ovunda əsas iştirkaçılar isə Milli Parkın mühafizəsini qoruyan yegerlərdir. Yəni balıqçılarla yegerlər birlikdə Ağ Göldə tor qururlar. Hətta Loğman Mehdiyevin səyi nəticəsində bir neçə brokenyer Milli Parkada yeger kimi işə götürülüb. Məhz Ağ Göl Milli Parkında qanunsuz balıq ovu ilə həmin yeger-brokonyerlər məşğul olur.
Qeyd edək ki,Ağ Göl Milli Parkında baş verən qanunsuz balıq ovu fəaliyyəti ilə bağlı Xalqxeber.az saytına daxil olan digər məlumatları da araşdırıb oxucularımıza təqdim edəcəyik.
Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

7838 dəfə oxunub.
Digər xəbərlər

20-04-2022, 11:09
Mayda 6 gün qeyri-iş günü olacaq
14-10-2016, 14:06
Güclü yağış, dolu, sulu qar gözlənilir - XƏBƏRDARLIQ
16-01-2021, 14:51
Avtoyumada işləyən koronavirus xəstəsi SAXLANILDI
30-03-2017, 16:50
Proqnozlar Bürosu: Sabah başlayacaq güclü külək aprelin 1-də zəifləyəcək
8-03-2021, 22:12
Sabiq daxili işlər naziri həbs edildi
21-07-2016, 12:41
Sağlam saçlara və dəriyə sahib olmağın ASAN YOLU: 1 stəkan düyünü...
2-06-2016, 15:18
Qobustan və Əmircanda qəza: Ölən var
13-10-2015, 14:50
Fəhlələr Ziya Məmmədovun şirkətindən 5 aylıq maaşlarını tələb edir
6-11-2017, 17:28
Prezident Bakı metrosunda - FOTOLAR
3-08-2015, 10:52
Smartfon işlədən hər beş nəfərdən biri telefonunda porno izləyir