Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qarabağdakı kriminal rejimin qara günləri – “İrəvan separatçılara kömək edə bilməyəcək...”
Tarix: 04-04-2020 | Saat: 12:01
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Qarabağdan xəbər var | çapa göndər

Qarabağdakı kriminal rejimin qara günləri
Dağlıq Qarabağda növbəti “seçki” şousu ilə erməni separatçıları dünyanı yenidən özlərinə güldürdülər. Hərçənd bu dəqiqə koronavirus pandemiyası səbəbindən dünyamız çox bikef və gərgin durumdadır. Amma kimə deyirsən, saxta tarix yazıb onunla gerçək tarix kimi fəxr edən ermənilər pandemiyaya məhəl qoymayaraq, daha bir saxtakarlığa imza atdılar.

Gözlənildiyi kimi, etnik təmizlənmə aparılmış və işğal olunmuş Dağlıq Qarabağda Ermənistan xaric, heç bir ölkədən, beynəlxalq təşkilatdan müşahidəçi gözə dəymədi. Necə deyərlər, “özləri çalıb, özləri oynadılar”. 31 mart “prezident” və “parlament seçkiləri”nin nəticələrini nə bir nüfuzlu beynəlxalq qurum, nə də hansısa dövlət tanıdı. Avropa Birliyi (Avropa Parlamenti), NATO, Islam Əməkdaşlıq Təşkilatı, eləcə də qardaş Türkiyə, Pakistan, Gürcüstan, Ukrayna, İran, Rumıniya və başqa dövlətlərin yaydıqları bəyanatlarda bu üzdəniraq seçkilərin Qarabağa dair nizamlama prosesinə əngəl yaratdığı vurğulandı, bir daha ölkəmizin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olundu. Separatçıların özfəaliyyəti pisləndi. ATƏT-in Minsk Qrupunun həmsədrləri də xüsusi bəyanat yayaraq, “drq” adında dövlətin mövcud olmadığını, onu Ermənistan da daxil, heç bir dövlətin tanımadığını, 31 mart “seçkiləri”nin Dağlıq Qarabağın gələcək statusuna təsir etməyəcəyini bildirdilər.

Bəs ermənilər bununla rüsvayçılıqldan başqa nəyə nail oldular?

Aydındır ki, onlar illərdir bu yolla guya Dağlıq Qarabağda hansısa “müstəqil və demokratik” erməni dövlətinin baş tutduğu haqda beynəlxalq birlikdə rəy yaratmağa və Azərbaycan torpaqlarının işğalını rəsmiləşdirməyə çalışırlar. Halbuki az qala, uşağa da bəllidir ki, separatçı-kriminal rejim istər maliyyə, istərsə də siyasi-hərbi cəhətcə bütünlüklə İrəvandan asılıdır: “dqr”in maliyyələşməsi Ermənistanın üzərindədir, Dağlıq Qarabağdakı işğalçı ordunun 90%-ni isə Ermənistan vətəndaşı olanlar təşkil edir.

“Dağlıq Qarabağdakı “seçkilər” mənim nəzərimcə, ilk növbədə rəsmi İrəvanın növbəti təxribatıdır. Aydındır ki, işğal edilmiş ərazilərdə qurulmuş rejim beynəlxalq birliyin gözündə legitim deyil və heç bir ölkə tərəfindən tanınmayıb. Və hansısa siyasi quruculuq kontekstində bütün bu kimi cəhdlər onsuz da qəliz olan beynəlxalq şərait üçün əlavə qıcıqdan savayı bir şey deyil”.

Musavat.com xəbər verir ki, bu sözləri rusiyalı jurnalist-analitik, etnik konfliktlər üzrə mütəxəssis Yevgeni Mixaylov rusdilli Vesti.az saytına açıqlamasında deyib.

Mixaylov bu yaxınlarda Moskvanın Rusiya ərazisinə erməni separatçılarının iki liderini buraxmamasını yada salıb. “Bu, ən əvvəl ondan xəbər verə bilər ki, Rusiyada milli təhlükəsizliyə təhdidi tərk edənlər var. Yəni Ermənistanın əsas sabitlik qarantı ona aydın mesaj verir ki, Azərbaycanın qaytarmağa iddialı olduğu ərazilərdən hansısa rəsmi şəxslər Moskvadan ötrü məqbul deyil. Rusiya xüsusən də indi – koronovirusun bütün dünyanı sardığı vaxtda İrəvandan fərqli olaraq vəziyyəti gərginləşdirmək niyyətində deyil”, - deyə o qeyd edib.

Analitik həmçinin işğal altındakı torpaqlarda “seçkilərin” 4 günlük aprel savaşının ildönümü ərəfəsində keçirilməsini təsadüfi saymır. “O vaxt Bakı öz ərazilərini qaytarmağa hazır idi. Ola bilsin, Ermənistan məqsədli şəkildə Rusiyanı cəlb eləmək üçün yeni bir provokasiya planlamaq istəyir. İstənilən halda, nəzərə almaq lazımdır ki, böyük qlobal böhran zamanı başlayıb və İrəvan çətin ki, Dağlıq Qarabağdakı rejimə lazımi kömək göstərə bilsin”, - deyə rusiyalı ekspert əlavə edib.

*****

“Biz baş verən proseslərin kökündə hansı əsas amillərin durduğuna nəzər salmalıyıq. Ermənistan Azərbaycan torpaqlarını işğal edib və həmin torpaqlarda özlərinin bəyan etdiyi kimi, “ikinci erməni dövləti” yaratmaq məqsədilə siyasi şoular təşkil edirlər”.

Bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi “prezident seçkiləri” haqda danışarkən deyib (Teleqraf.com). Diplomat əlavə edib ki, hazırda ermənilərin mövqeyində də aydınlıq yoxdur: “Ermənistan baş nazirinin bəyanatları onu göstərir ki, onun komandası Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi görür. Bu baxımdan təbii ki, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların işğal edilən Azərbaycan torpaqlarında saxta seçkiləri pisləyən bəyanatları əhəmiyyətlidir. Və onu göstərir ki, ermənilərin bu şousunu heç kəs qəbul etmir”.

Zülfüqarova görə, ikinci məsələ bundan ibarətdir ki, Azərbaycan dövlətinin buna münasibəti Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən açıq ifadə edilib: “Cənab prezident açıq tonla elan edib ki, Azərbaycanın məqsədi və siyasəti ərazi bütövlüyünü bərpa etmək, orada yaşayan və Azərbaycan vətəndaşlığını qəbul edən insanlara digər vətəndaşlar səviyyəsində hüquq və imtiyazlar verməkdir. Bunlar təxmini siyasi əsasları yaradan mənzərədir”.

Diplomat qeyd edib ki, işğal edilən tarixi Azərbaycan torpaqlarında keçirilən saxta seçkilərə münasibət də bu əsasda formalaşıb: “Yəni orada baş verən siyasi şouları Azərbaycan qəbul etmir və açıq desək, buna ciddi münasibət bildirməyi də ehtiyac görmürəm. Çünki ciddi münasibəti biz daha vacib məsələlərə bildirməliyik. Bu da Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, etnik təmizləmə siyasi aparması və hazırda da anneksiya siyasəti həyata keçirmək cəhdləridir. Biz buna birbaşa münasibət bildirə bilərik. Yəni onların təşkil etdiyi siyasi şoulara ciddi yanaşmağın tərəfdarı deyiləm”.

Xankəndində keçirilən saxta seçki şousundan sonra münaqişənin tənizmlənməsinə dair danışıqların perspektivinə toxunan Zülfüqarov deyib ki, danışıqlarda saxta seçkilər, pandemiya, neftin ucuzlaşması və ya havanın istiləşməsi kimi amillər ciddi qəbul edilməməlidir: “Çünki ilk növbədə Ermənistanın bəyan etdiyi mövqe danışıqlara məna verə bilməz. Bu çərçivədə Azərbaycanın danışıqlar aparması üçün heç bir əsas yoxdur. Onlar elan ediblər ki, işğal edilən torpaqlar Ermənistanın bir hissəsidir. Əgər danışıqlar olmasa, deməli, müharibə aktualdır. Siyasətdə təzə nəsə icad etmək mümkün deyil. Ya məsələlər danışıqlar, beynəlxalq vasitəçilərin köməyi ilə həll edilir, hansı ki, indi biz vasitəçilərin olmadığını da görürük, ya da müharibə variantı qalır. Yəni pandemiyanın nəticəsində artıq beynəlxalq qurumların, xarici təsirlərin amil kimi konfliktə və regiona təsiri ciddi şəkildə azalıb. Bu xüsusilə bizim regionumuzla bağlı müstəsna məsələ deyil. Dünyanın hər bir yerində baş verən hadisədir. Bu baxımdan biz istisna təşkil etmirik. İndi regionda biz qalmışıq, Ermənistan qalıb. Biz öz siyasətimizlə, Ermənistan öz siyasəti ilə. Reallıq artıq ortaya çıxıb”.

Sözsüz ki, yaranmış yeni situasiyada Rusiyanın özünü necə aparacağı da mühüm önəm kəsb edir. Moskva nəhayət ki, Ermənistanın regionda təxribatçı, dağıdıcı, böyük sülhə əngəl olan siyasətinə himayədarlıq eləməkdən çəkinməlidir. İşğalçı siyasətin, işğalçının arxasından çəkinməlidir. Çünki işğala dəstək vermək elə işğalçı il ortaq olmaq deməkdir. Rusiya isə üstəlik, Dağlıq Qarabağ məsələsində qərəzsiz vasitəçi olmağa iddialıdır. Əfsus ki, atəşkəsdən ötən 26 ildə biz hələ də bunun real əlamətlərini görməmişik. Bəlkə pandemiya vəziyyəti dəyişə...
Musavat.com


Xəbəri paylaş

8228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___