Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda qadın oğurluqla bağlı şikayət etdi, əri saxlanıldı
Tarix: 22-03-2020 | Saat: 12:12
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər

Bakıda qadın oğurluqla bağlı şikayət etdi,əri saxlanıldı

Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində martın 20-də evlərdən birindən 63 min manat nağd pulun qeyri-aşkar şəraitdə oğurlanması ilə bağlı “102” xidməti - zəng mərkəzinə müraciət daxil olub.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Astara rayon sakini, 1986-cı il təvəllüdlü G.Həsənova kirayə yaşadığı evdən axşam saatlarında bibisi oğluna məxsus pulun naməlum şəraitdə oğurlanmasını bildirib.
Daxil olan müraciət üzrə dərhal DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi, Xəzər RPİ Cinayət-Axtarış şöbəsi və 1-ci Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan, 1985-ci il təvəllüdlü E.Nəcəfov müəyyən olunaraq tutulub.
İlkin araşdırmalarla məlum olub ki, evdən 63000 yox, 55,500 manat pul oğurlanıb. Davam etdirilən intensiv əməliyyat-axtarış tədbirləri ilə oğurlanan vəsait tam həcmdə aşkarlanaraq olunaraq, zərərçəkmişə qaytarılması təmin olunub. Oğurluqda şübhəli bilinən şəxs G.Həsənovanın həyat yoldaşıdır.
Faktla bağlı, Xəzər RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlayıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbəri paylaş

6938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___