Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uşaqlarla koronavirus xəstəliyi haqqında necə danışmalı? - 8 MƏSLƏHƏT
Tarix: 19-03-2020 | Saat: 09:54
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Səhiyyə / Həftə-Reytinq | çapa göndər

Uşaqlarla koronavirus xəstəliyi haqqında necə danışmalı? -8 MƏSLƏHƏT


Son zamanlar koronavirus xəstəliyi 2019 (COVID-19) haqqında eşitdiyiniz hər bir məlumatla yüklənmiş hiss etmək asandır. Uşaqlarınız narahatçılıq keçirirsə, bunu başa düşülən hesab etmək olar. Uşaqlar narahatçılıq, stress və kədər hisslərinə xüsusilə həssas olduğuna görə internetdə və ya televizorda gördüyü və ya digər insanlardan eşitdiyi hər şeyi anlamaqda çətinlik çəkə bilər. Ancaq uşaqlarınızla edəcəyiniz açıq, dəstəkləyici söhbət onların anlamasına, yaranmış vəziyyətin öhdəsindən gəlməsinə və hətta başqalarına müsbət bir nümunə olmasına kömək edə bilər.
1.  Açıq suallar verin və dinləyin
Bu söhbətə uşağınızı bu məsələ haqqında danışmağa çağırmaqla başlayın.  Onların bu vəziyyətlə bağlı nə qədər məlumatlı olduqlarını öyrənin və onları nəzarətdə saxlayın.  Əgər onlar, xüsusilə kiçikyaşlıdırsa və hələ pandemiyanın baş verməsi haqqında məlumatları yoxdursa, bu məsələni qaldırmaq lazım deyil – sadəcə onları qorxutmadan  gigiyenik qaydalara əməl etmələrinin vacibliiyi haqqında məlumatlandırmaq imkanından yararlanın.
Təhlükəsiz bir mühitdə olduğunuzdan əmin olun və uşağınızın sərbəst danışmasına icazə verin. Rəsm, hekayələr və digər fəaliyyətlər söhbəti açmağa kömək edə bilər.
Ən vacibi isə onların narahatçılıqlarına etinasız yanaşmayın. Onların hisslərini etiraf etməsindən əmin olun və onları bu vəziyyətlərdən qorxmuş hiss etməsinin təbii olduğunu inandırın.  Bütün diqqətinizi yönəldərək dinlədiyinizi onlara hiss etdirin və onların istədiyi zaman sizə və öz müəllimlərinə danışa biləcəyi mövzunu başa düşdüyündən əmin olun.
2.  Dürüst olun: həqiqəti uşaq dilində dostca izah edin.
Uşaqların dünyada baş verənlər haqqında doğru məlumatı əldə etmək hüququ var, lakin böyüklər də onları bu bəladan qorumağa görə məsuliyyət daşıyırlar. Onların yaşlarına uyğun olan ifadələr işlədin, reaksiyalarını izləyin və narahatlıq səviyyəsinə həssaslıq göstərin.
Onların suallarına cavab verə bilmirsinizsə, fərziyyə irəli sürməyin. Bundan cavabları birlikdə öyrənmək imkanı kimi faydalanın UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı kimi beynəlxalq təşkilatların veb-saytları böyük informasiya mənbələridir. İnternetdə bəzi məlumatların dəqiq olmadığını və bu məsələ ilə bağlı ekspertlərə etibar etməyin ən yaxşı yol olduğunu izah edin.
3.  Onlara özlərini və dostlarını qorumaq qaydasını göstərin.
Uşaqları koronavirusdan və digər xəstəliklərdən qorumağın ən yaxşı yollarından biri sadəcə əllərin müntəzəm yuyulmasını təşviq etməkdir. Uşaqları qorxudacaq söhbət etməyin. Onlara mahnılar oxuyun və ya əyləncəli şəkildə öyrənmələri üçün rəqs edin.
Həmçinin uşaqlara öskürərkən və ya asqırarkən dirsəklərilə necə örtəcəklərini göstərin, həmin simptomlara malik insanlara çox yaxın olmamlarını izah edin, əgər uşaqlardan qızdırma, öskürək və nəfəs darlığı kimi narahatçılıqlar hiss etməsinə başlayan kimsə olarsa, onlardan bu barədə sizə xəbər verməsini xahiş edin.
4. İnandırın
Televizorda və ya internetdə bir çox həyəcan verici şəkilləri gördükdə, bəzən böhranın ətrafımızda olması hissi kimi düşünə bilərik. Uşaqlar ekranda şəkilləri və öz şəxsi reallıqlarını fərqləndirə bilməzlər və onlar qaçılmaz təhlükə ilə üzləşdiklərinə inana bilərlər. Uşaqlarınıza stresin öhdəsindən gəlməsində, mümkün olarsa, oynamaq və dincəlmək üçün imkanlar yaradaraq köməklik göstərə bilərsiniz.  Xüsusi ilə yatmağa getməzdən əvvəl, mümkün olduğu qədər, müntəzəm prosedurlara və planlara əməl edin, və ya yeni mühit yarandıqda yeni qaydalar yaratmağa köməklik göstərin.
Əgər siz öz ərazinizdə pandemiyaya məruz qalsanız, uşaqlarınıza bu xəstəliyə yaxalanmayacaqlarını, koronavirusa yoluxan insanların əksəriyyətinin çox xəstələnmədiyini və böyüklərin ailənizin təhlükəsizliyini qorumaq üçün səylə çalışdığını söyləyin.
Uşağınız özünü həqiqətən pis hiss edərsə, özlərinin və dostlarının təhlükəsiziyi üçün evdə/xəstəxanada qalmağın vacib olduğunu izah edin. Onlara bunun zaman-zaman çətin (bəlkə qorxulu və ya hətta can sıxıcı) olduğunu, buna baxmayaraq qaydalara əməl etməyin hər kəsin təhlükəsizliyinin qorunmasına kömək edəcəyinə inandırın.
5. Onların stiqmaya məruz qalmasını və ya onu yaymasını yoxlayın
Koronavirusun epidemiyası bütün dünyada irqi ayrı-seçkiliyə dair çoxsaylı məlumatları yenidən gündəmə gətirdi, belə ki, uşaqlarınızın bu irqi ayrı-seçkiliyin qurbanı olmamasına və bu ayrı-seçkiliyə yol verməməsinə nəzarət etmək lazımdır.
Koronavirusun şəxsin necə görünməsi, onun mənşəyi və ya hansı dildə danışıması ilə heç bir əlaqəsinin olmadığını izah edin. Əgər onları məktəbdə çağırarlar və ya onları qorxudarlarsa, onlar etibar etdikləri böyüklərə danışaraq özlərini rahat hiss etməlidir.
Uşaqlara hər kəsin məktəbdə təhlükəsiz olmağa haqqı olduğunu söyləyin. Bullinq həmişə yanlış əməldir və hər birimiz yaxşılığı yaymaq və bir-birimizə dəstək olmaq üçün üzərimizə düşəni etməliyik
6. Köməkçiləri axtarın
Uşaqların insanların bir-birinə xeyirxah və alicənab əməllərlə köməklik göstərdiyini bilməsi çox vacibdir.
Pandemiyanın baş verməsinin qarşısını almaq və əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə çalışanlar arasında tibb işçiləri, alimlər və gənclər haqqında hekayələr paylaşın. Şəfqətli insanların hərəkətə keçdiyini bilmək onlara böyük bir rahatlıq verə bilər.
7. Özünüzü qoruyun
Əgər özünüz yaxşı olsanız, uşaqlarınıza daha yaxşı kömək edə bilərsiniz. Uşaqlar sizin xəbərlərə verdiyiniz reaksiyanı tez anlayırlar, buna görə də sizin yaxşı olmağınız onlara sakit olduğunuzu və vəziyyətə nəzarət etdiyinizi başa düşməyə kömək edəcəkdir.
Özünüzü narahat və ya məyus hiss edirsinizsə, özünüzə vaxt ayırın və digər ailə üzvlərinizə, dostlarınıza və ətrafınızdakı etibarlı insanlara bu haqda bildirin. Sizi rahatlaşdırmağa və özünüzü ələ almağa kömək edəcək şeylər etmək üçün bir qədər vaxt ayırın. 
8. Söhbəti ehtiyatla bitirin.
Uşaqları çətin vəziyyətdə qoymayacağımızın şüurunda olmalıyıq. Söhbətiniz tamamlanan kimi, onların normal səs tonundan istifadə edib-etmədiyini nəzərə alaraq və nəfəs almalarını müşahidə edərək, onların bədən dilini izləyərək narahatlıqlarının səviyyəsini qiymətləndirməyə çalışın.
Uşaqlarınıza sizinlə istənilən zaman digər çətin söhbətlər edə biləcəklərini söyləyin. Onlara qayğı göstərdiyinizi, qulaq asdığınızı və özlərini narahat hiss etdikəri zaman onların yanında olduğunuzu xatırladın.
Məlumatlar UNICEF-in ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Cekob Xant tərəfindən hazırlanmışdır. 


Xəbəri paylaş

6598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___