Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
HACI QULİYEV : ÖZLƏRİNİ “FEMİNİST” ADLANDIRAN BU VİRUSLARIN İSTƏYİ NƏDİR?
Tarix: 11-03-2020 | Saat: 18:02
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Müsahibə | çapa göndər

8 Mart  xanımlara bayram sevinci yaşatmağı düşündüyümüz gündə sosial şəbəkələrdə heç bir əxlaqa sığmayan şüarlar və bir neçə Azərbaycan qadınına yaraşmayan, qadınlıqlarını ayaqlar altına atan “qadınıların” yürüşünün foto və videolarını izlədik. Sözsüz ki, ölkənin əlamətdar günlərində bu yürüşlərdə iştirak edən varlıqları hər birimiz yaxşı tanıyırıq. Tanımayanlar üçün isə, biri barədə məlumat versəm yetər. Bir neçə ay əvvəl Milli Qehramanımız Mübariz İbrahimovun haqqında söylədiyi nalayiq ifadələrə görə, Dünya çempionu Araz Musayevin başına topladığı Vətənsevərlər tərəfindən məhkəməyə verilmiş və bir ildən çox davam edən məhkəmədə 400 saat inzibati cəza alan Nərmin Şahmarzadə. Hər zaman mental dəyərlərimizi məhv edən bu kimi aksiyalarda xüsusi fədakarlıq göstərən Nərmin adlı VİRUSUN məqsədi və məramı nədir? Azərbaycan milli -mənəvi dəyərlərini məhv etmək? Yeni yetişən gəncləri yanlış istiqamətdə yönəldərək  vətənpərvərlik hislərini darmadağın etmək? Azərbaycan qadını anlayışını yox edərək xalqın düşüncəsinə böyük zərbələr vurmaq? Son aksiyaya və aksiyada səsləndirilən şüarlara diqqət edək. Tərbiyyəm və əxlaqım bu şüarları yenidən təkrarlamağa imkan verməsə də onu deyim ki, bu şüarlar əxlaqi və dəyərlerimizin məhvinin son həddi idi... Proseslərin gedişatına diqqət edək... Nərmin və ətrafında olanlar etdikleri bu yürüşləri Azərbaycanda olan “Qadın Hüquqlarının” pozulmasını əsas tutaraq edirler mi ? Heç bir dünya statistikasına nəzər yetirmədən bu ölkənin vətəndaşı olaraq onu qeyd edim ki, Azərbaycan dünya ölkələri arasında birincilikdə olan ölkələrdəndir ki, qadın hüquqları ən yüksək şəkildə qorunur, danılmaz fakt ondan ibarətdir ki, Azərbaycan qadını yüksək mədəniyyəti, abır və isməti,dünya görüşü, intelektual səviyyəsi və geyim mədəniyyəti ilə öz sözünü dünyada ən yüksək şəkildə deməkdədir. Bu gün parlamentdə təmsil olunan qadınların aktivliyi onların say nisbəti və digər göstəriciləri onu vurğulamağa əsas verir ki, Azərbaycan qadını ən yüksək tribunalardan öz sözünü deməyə qadirdir və bunun üçün  ölkədə ən yüksək şərait yaradılıb... Bəs özlərini “Feminist” adlandıran bu VİRUSLARIN istəyi nədir? Hansı “QADIN AZADLIĞI” nı tələb edirlər? Bu məqamda diqqətçəkən önəmli bir melumatı da diqqətinizə çatdırım: Oxşar şüarlar altında, eyni gündə İstanbulda “Taksim” meydanında da Feministlərin mitinqi baş tutmuşdur. Demək ki, dünyanın sabitliyin pozmaq istəyən müəyyen qüvvələr Azərbaycanda da iradəsi zəif insanların köməyindən istifadə edərək öz əməllərini bu ölkədə tətbiq etmək istəyirlər. Lakin xarici qüvvələr bir məqamı diqqətdən qaçırıblar ki, müasir Azərbaycan elə bir fundamental köklərlə qurulub ki, bu kimi qanunsuz mitinqlər ölkə rəhbərliyi tərəfindən deyil, xalqın öz tərəfindən susdurularaq laiqli cavabı veriləcəkdir. Bu dəfə olduğu kimi, feministlərin mitinqinin cavabını dövlət yox, hüquq mühafizə orqanları yox,İCTİMAİ TƏNBEHLƏ xalq özü verdi... 
Bu arada isə, döyüşlərdə və mitinqlərdə yüksək təcrübə toplamış, əzimli və səbirli Azərbaycan polisi ilə bir daha qürur duyduq. Xarici qüvvələrə və Azerbaycanı dünya mediyasında hesabat vermək üçün özlərini polisə sürtərək, polislərin yumuruqlarının altına girərək bu VİRUSLAR öz döyülmələrini tələb etsələr də, təcrübəli polislərimizin səbr və əzimkarlığı, xalqın tebessümüne səbəb oldu. 
Çox istərdim yaşadığımız bu hadisələr və verdiyimiz istiqamətlər gənc nəsillərimizə hadisələrin təhlilində kömək olsun. Bu kimi qruplara qoşulmadan əvvəl yetəri qədər araşdırıb daha sonra qərarların versinler. “AZADLIQ” , “MÜASİRLİK”,  “DEMOKRATİYA” adı altında maskalanmış, fikirlərini pozacaq istiqamətdə müxtəlif qüvvələrin proqramlarına uymasınlar. Fürsətdən istifadə edib gənclərimizə öz tövsiyyəmi də müraciət şəklində bildirmək istəyirəm : Yaşadığınız qüdrətli və müsait düşüncəli Azərbaycanla qürür duymağa dəyər. Hər hansı bir qüvvələrin müdaxiləsinə heç bir zaman uymamağa, tarixi köklərinizi, vətənpərvərlik ruhumuzu, milli-mənəvi dəyərlərimizi qoruyaraq gələcək nəsillərə təhfil verməniz üçün səy göstərməyə çağırıram. Nərminlər, Xədicələr və digərlərini milli-mənəvi dəyərlərimizin məhvi üçün hazırlanmış xarici qüvvələrin VİRUSLARI kimi qebul etməyə və onların ölkəmiz üçün etdiklərinin heç bir məntiqi əsasları olmadığını vurğulayıram. Ölkə siyasətimizi və strateqiyalarımızı hər zaman uca tutaraq Dövlət Başçımızın ətrafında sıx birləşərək milli mənəvi dəyərlərimizi qorumağa çağırıram...




Xəbəri paylaş

7808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___