46 uşaq sığınacaqlara yerləşdirildi
Tarix: 17-02-2020 | Saat: 11:38
Bölmə:Bütün xəbərlər / Karusel / Siyasət / Gündəm / M2 | çapa göndər
Məktəbli azyaşlılar və yeniyetmələrin profilaktikası istiqamətində keçirilən tədbirlər kampaniya xarakteri daşımır. Hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyini qorumaq, hüquqlarını bərpa etmək bizim üçün müqəddəs vəzifədir. Bu məsələ, müzakirə olunmur, dərhal icra edilir.
Bu barədə Unikal.org-a sorğusuna cavab olaraq, Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, uşaq hüquqları üzrə üzərlərinə düşən vəzifələrin icrası istiqamətində daxil olan bütün müraciətlərə diqqətlə yanaşılır: "Təkcə rəsmi müraciətlər yox, eyni zamanda sosial şəbəklərdə, mətbuatda uşaq hüquqlarının pozulması ilə bağlı yayılan məlumatlar da nəzərətə götürülür, yoxlanılır, araşdırılır, müvafiq tədbirlər həyata keçirilir. Hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyini qorumaq, hüquqlarını bərpa etmək bizim üçün müqəddəs vəzifədir. Bu məsələ, müzakirə olunmur, dərhal icra edilir. Uşaq hüquqlarının qorunmasında risk qrupuna daxil olan, yaxud münaqişəli ailələrdə olan azyaşlıların mühafizəsinə həssas yanaşırıq. Uşaq hüquqlarının pozulmasının qarşısının alınması ilə yanaşı, onların təhsilə cəlb edilməsi, ailələrlə profilaktiki söhbətlərin aparılması işi fəaliyyətimizin tərkib hissəsidir.
Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsi və ərazi polis orqanları tərəfindən orta ümumtəhsil ocaqlarında və ona bərabər yerlərdə ötən il azyaşlıların profilakatikası, maarifləndirilməsinə dair 468 müxtəlif məzmunlu görüşlər keçirilib".
E.Hacıyev küçə uşaqları ilə bağlı vəziyyət haqqında isə əlavə edib ki, bu da diqqətdə olan məsələlər sırasındadır: "Tərəfimizdən aşkarlandıqda dərhal araşdırma başlanılaraq, onun mənsub olduğu ailə öyrənilir, olmadıqda isə profiklatiki qeydiyyata alınaraq müvafiq sığınacaqlara yerləşdirilir. Bu məqsədlə ötən il Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsi və ərazi polis orqanları tərəfindən 573 reyd təşkil olunub. Aşkarlanan 46 uşaq sosial sığınacaqlara yerləşdirilib, eləcə də 7 atılmış körpə tərəfimizdən tapılaraq, uşaq evlərinə təhvil verilib".
Xəbəri paylaş
7008 dəfə oxunub.
Digər xəbərlər

21-06-2017, 11:23
Qusarda DƏHŞƏT: ana 5 yaşlı qızını zəhərləyib öldürdü
26-03-2015, 17:58
Bakıda 3 uşaq anası özünü asdı - Dəhşət
29-05-2016, 23:29
DNT analizi təsdiqlədi: Taliban lideri öldürülüb
9-03-2016, 18:14
Hər bir bakılıya yüksək sürətli internet veriləcək
11-02-2018, 16:25
Bakıda marşrut avtobusu yandı
15-03-2015, 23:09
Cinlər həqiqətən mövcuddurmu?
1-05-2017, 10:10
Cahangir Əsgərovun qızı ingilisə ərə getdi - FOTOLAR
12-05-2017, 20:21
İmtahan verənlərin sayı bir ilə on min azaldı...
10-07-2015, 19:36
Telman İsmayılovun dostu - dünya miqyaslı mafiozun sirli dosyesi
21-03-2017, 23:52
“Çox içirəm, fədakarlığı xoşlamıram, övlad istəyirəm” - acı etiraflar