Prezident: "İşsizliklə bağlı problemlər daim diqqət mərkəzindədir"
Tarix: 13-02-2020 | Saat: 08:32
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm | çapa göndər
“İş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görülməlidir və görüləcək, xüsusilə özəl sektorda və dövlət sektorunda. Hələ ki, dövlət sektorunda da yeni iş yerlərinin yaradılması zəruridir. Çünki istəmirəm ki, işsiz adam olsun”.
"Xeberaz.Az" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında deyib.
Dövlət başçısı bildirib: "İşsizliklə bağlı problemlər daim diqqət mərkəzindədir, çünki əhalimiz artır. Cənubi Qafqazda yeganə ölkə Azərbaycandır ki, əhali artır və müstəqillik dövründə 3 milyon artıb. Təsəvvür edin, bizim əsas infrastruktur layihələrimiz sovet dövründə icra edilmişdir və onlar təqribən 6-7 milyon əhaliyə hesablanmışdır. Əgər biz son illərdə böyük infrastruktur layihələrini icra etməsəydik, bu gün işıqsız, susuz, qazsız qalacaqdıq. Çünki biz artan əhalini həm işlə, həm ərzaqla, həm də məktəblərlə təmin etməliyik.
Hər il əhali 100 min artır. İqtisadi inkişaf buna uyğun olmalıdır. Ona görə bölgələrdə və böyük şəhərlərdə iş yerlərinin yaradılması daim diqqət mərkəzindədir. Amma mən tam əminəm ki, biz bütün çağırışlarla bağlı öz siyasətimizi bundan sonra da uğurla aparacağıq. Artan əhali bizim gücümüzdür və eyni zamanda, elə bir amildir ki, bizi daim daha fəal olmağa sövq etməlidir. Artan əhali artan tələbat deməkdir".
Xəbəri paylaş
4038 dəfə oxunub.
Digər xəbərlər

25-07-2015, 12:36
Dəhşətli yol qəzası: 9 ölü
30-03-2018, 17:06
Şəkidə 3 uşaq anası intihar edib
31-05-2018, 11:28
Narkotik qəbul edən kişidən DƏHŞƏTLİ ƏMƏL: uşağın gözü qarşısında nişanlı baldızının... - Göyçayda
12-09-2015, 21:49
Azərbaycan Avropa çempionatının qalibi oldu
23-06-2017, 11:52
“Formula-1”: Bu gün Azərbaycan Qran-prisi start götürür
23-03-2020, 11:30
Abdurrahim Albayrak və həyat yoldaşı koronavirusa yoluxdu
3-01-2020, 19:48
Putinlə Makron Süleymaninin qətlini müzakirə etdi
4-08-2016, 10:48
Sumqayıtda fəhlə mərcə girdi - Qəbul imtahanında 532 bal topladı
19-03-2022, 13:35
Sarıkökü bu ədviyyatla birlikdə istifadə edin. Xərçəng əleyhinə təsiri bir neçə dəfə artır!