Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ləğv ediləcək dairə və məntəqə sədrləri həbs oluna bilər - Məzahir Pənahov: "ARAŞDIRILIR"
Tarix: 10-02-2020 | Saat: 15:50
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm | çapa göndər

Ləğv ediləcək dairə və məntəqə sədrləri həbs oluna bilər- Məzahir Pənahov: "ARAŞDIRILIR"

Xəbər verdiyimiz kimi, Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə 6 seçki dairəsində lider namizədlər müəyyənləşməyib.
"Xeberaz.Az"-ın əldə etdiyi məlumata görə, lider namizədlər açıqlanmayan dairələrlə bağlı araşdırma aparılır. Araşdırmaya səbəb sözügedən dairələrdə seçkinin saxtalaşdırılmasına dair şübhələrdir. Belə ki, sosial şəbəkələrdə səsvermənin gedişi ilə bağlı qanun pozuntusuna yol verilməsinə dair məlumatlar bu məsələni gündəmə gətirib. Hətta Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuata açıqlamasında sosial şəbəkələrin çox ciddi araşdıralacağını bildirib. 
Araşdırmanın nəticəsindən sonra bəzi dairə və məntəqə seçki komissiyalarının sədrlərinin cəzalandırlacağı qeyd olunur. Çünki bəzi rayonlarda icra başçılarının seçki prosesinə müdaxilə etdiyi bildirilir. Müəyyən yerli məmurların prosesə qanundankənar müdaxilələri vətəndaşların ölkədə aparılan islahatlara inamını sarsıtdı. Ölkədə keçirilən parlament seçkilərində saxtakarlıq etdiklərinə görə həmin dairə sədrlərinin həbsinin baş verəcəyi ehtimal olunur. Bununla yanaşı, həmin dairələrin olduğu ərazilərin icra başçılarının da vəzifədən azad ediləcəyi bildirilir. Çünki icra başçılarının rəhbərlik etdikləri rayonlarda bir namizədin xeyrinə inzibatı resursları səfərbər etməsi daha çox hakimiyyətin maraqlarına uyğun olan tam demokratik, ədalətli seçki niyyətini sabotaj etmək cəhdindən başqa bir şey deyil.
Qeyd edək ki, belə bir hal Azərbaycanda 15 il bundan öncə də yaşanıb. 2005-ci ilin parlament seçkilərindən 42 saylı Sumqayıt II seçki dairəsinin nəticələri ləğv olunmuş, DSK-nın sədri Tofiq Abdullayev və 17 saylı məntəqənin sədri Şükür Əzimov seçkilər zamanı səlahiyyət həddini aşaraq, insanların seçmək və seçilmək hüququna müdaxilə edib, rəsmi seçki sənədlərini saxtalaşdırdıqlarına görə həbs olunmuşdular.



6 9468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___