Bakıda bu avtobusların hərəkət sxemi dəyişdiridi
Tarix: 23-01-2020 | Saat: 15:31
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
Bakı Nəqliyyat Agentliyi daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, 3 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Agentliyin verdiyi məlumata görə, 117 nömrəli müntəzəm marşrut xətti üzrə edilən dəyişikliyə əsasən, avtobuslar Salyan şosesindən keçməklə “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinə hərəkət edəcəklər. “Binə” və “Sədərək” ticarət mərkəzlərini birləşdirən yolun vəziyyəti qənaətbəxş olmadığından avtobusların burdan keçməsi çətinliklər yaradırdı. Bu hal sərnişinlərin də ciddi narahatlığına səbəb olurdu.
185 nömrəli müntəzəm marşrut xətti üzrə edilən dəyişikliyə əsasən isə avtobuslar Yusif Vəliyev - Dadaş Vasif - İsrafil Məmmədov küçələrindən keçməklə hərəkət edəcək.
206 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib. Dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar Lökbatan qəsəbəsi “Təzə evlər” adlanan əraziyədək hərəkət edəcək. Bu isə həmin ərazidə yaşayan sakinlərin “Elmlər Akademiyası” metro stansiyası istiqamətində rahat gediş-gəlişinin təmin edilməsinə imkan verəcək.
Qeyd edilən dəyişikliklər yanvarın 25-dən tətbiq olunacaq.
Xəbəri paylaş
3748 dəfə oxunub.
Digər xəbərlər

22-08-2015, 00:08
Məşhur müğənni doğumdan qorxur
31-08-2017, 15:55
Elzadan söyüş kimi "ŞEİR" - "Tikim sizin ağzınızı" (FOTO)
13-11-2020, 14:40
Putin və Ərdoğan daim dialoqdadırlar - Kreml
4-06-2017, 13:57
SOCAR-ın kəmərində qəza: 53 min abonentin qazı kəsildi
1-02-2018, 11:07
Vərəmə tutulmamaq üçün... 5 SADƏ MƏSLƏHƏT
7-12-2015, 01:46
Siyəzəndə gənci eletrik cərəyanı vurub
18-02-2018, 12:32
Sürücülərin NƏZƏRİNƏ - Bu yollarda sürət həddi endirildi
5-09-2017, 14:21
Arakanda baş verənlərə Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov təəssüf dolu hisslərini bildirərək aidiyyatı qurumlara səsləndi
29-01-2017, 23:51
"Əvvəlcə İraqdan amerikalıları çıxar" Sədrdən Trampa