Azərbaycan dənizçiləri 3 miqrantın həyatını xilas etdilər (Foto)
Tarix: 11-01-2020 | Saat: 17:48
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Araşdırma | çapa göndər
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) xarici sularda üzən Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” gəmisi Yunanıstanın İon dənizində qəzaya uğrayan qayıqdakı miqrantların xilasetmə əməliyyatında iştirak edib.
"Xeberaz.Az" ASCO-ya istinadən xəbər verir ki, hadisənin baş verdiyi vaxt Rusiyanın Taqanroq limanından Albaniyanın Durres limanına gedən və qəzanın qeydə alındığı ərazinin yaxınlığında olan ASCO-nun “Maestro Niyazi” quru yük gəmisi bu gün yerli vaxtla 09:14-də daxil olmuş SOS siqnalı əsasında dərhal köməyə yollanıb. Azərbaycan dənizçiləri təxirəsalınmaz və peşəkar yardım göstəriblər. Onların səyi nəticəsində Əfqanıstandan olan 1994-cü il təvəllüdlü Sultani Cəmşid, 2003-cü il təvəllüdlü Rzai Cabbar, 1996-cı il təvəllüdlü Muhammed Rəşid adlı üç miqrantın həyatı xilas olunub, daha bir nəfərin cəsədi sudan çıxarılıb.
Sağ qalan miqrantlar gəminin göyərtəsinə götürüldükdən sonra dənizçilərimiz tərəfindən isti yemək və geyimlə təmin olunub, həmçinin onlara digər zəruri əşyalar verilib.
Miqrantlar aidiyyatı üzrə təhvil veriləcəklər.
Xəbəri paylaş
5668 dəfə oxunub.
Digər xəbərlər

30-04-2016, 20:53
İordan nəşri: "Bakı təxribatına dözmək niyyətində deyil"
1-06-2021, 11:24
İranla sərhəddə əməliyyat: Saxlanılan var - FOTO
20-04-2016, 16:40
Sifarişli səyyar ASAN xidmət artıq Sumqayıtda
30-06-2017, 14:40
Deputatlara və məmurlara yaltaqlığın qadağan olunması təklif edilib
14-06-2016, 17:07
Əliyevlə Sərkisyan bu tarixdə görüşəcək
18-05-2017, 21:38
Millimiz Türkiyəni yenib, İslamiadanın qalibi oldu
3-06-2017, 15:54
İranda partlayış - yaralıların sayı artdı - YENİLƏNİB