Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərdoğandan Fransa prezidentinə CAVAB
Tarix: 29-11-2019 | Saat: 17:22
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Həftə-Reytinq | çapa göndər

Ərdoğandan Fransa prezidentinəCAVAB
“NATO üçün Fransanın nəyi ifadə etdiyini bilmirik, ancaq Türkiyə NATO-nun ən əhəmiyyətli ölkəsidir”.
"Xeberaz.Az" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mərmərə Universitetində təməlqoyma tədbirində bildirib.
“Fransa bizdən soruşur ki, sizin Suriyada nə işiniz var? Bizim Suriya ilə bağlı müqavilələrimiz, 911 km uzunluğunda sərhədimiz var. Bəs, Fransanın Suriyada nə işi var? Koalisiya qüvvələrindən bəhs edirsənsə, biz artıq oradayıq. Bunları Fransa prezidenti Emmanuel Makrona dəfələrlə demişəm. İstədiyiniz qədər atılıb-düşün. İstədiyiniz qədər əvələyib-gəvələyin. Əvvəl-axır Türkiyənin suverenlik haqlarına, təhükəsizlik siyasətinə hörmət edəcəksiniz. Bunlar Türkiyə olmazsa dünyanın dörd bir yanından terrorçuların Avropaya yığışacağından xəbərsizdirlərmi? Burada təkrarlamaq istəyirəm. Türkiyə Suriyadan torpaqlarımıza yönələn təhdidlər tamamilə bitənə, son terrorçu məhv edilənə qədər əməliyyatını davam etdirəcək”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb. 


Xəbəri paylaş

4588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___