Dövlət Agentliyindən ittihama cavab: Nəqliyyat Nazirliyinin işidir - Dövlətin pulunu kim yeyib?
Tarix: 28-11-2019 | Saat: 07:39
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
Paytaxtın Səbail rayonunda, Bibiheybət yolunda baş verən torpaq sürüşməsi müvafiq dövlət qurumlarını üz-üzə gətirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralov həmin ərazidə yol salınarkən, asfalt örtüyü təzələnərkən aidiyyəti qurumların onlarla hər hansı məsləhətləşmələr aparmadığını deyib.
“Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi yol təsərrüfatı işini həyata keçirəndə bizimlə məsləhətləşmə aparmalı idi, həmin ərazidə yol xüsusi texnologiya ilə çəkilməli idi ki, sürüşmə riskindən kənarda qalsın. Demək ki, bu məsələdə səriştə göstərməyiblər və Agentliyə izn verən Bakı Şəhər İcra Hakimiyyəti də baş verə biləcəklərə göz yumub”, - Qaralov bildirib.
Məsələ ilə bağlı AYNA-ya açıqlama verən Azərbaycan Avtomobil yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qeyd edib ki, belə hadisələrdə qurumların bir-birini ittiham etməsi ən asan işdir: “Yaxşı olardı ki, bunun yerinə təklif və rəylərini bildirərdilər. Həmin yol 2009-cu ildə çəkilmişdi, o vaxt bu işlərə Nəqliyyat Nazirliyi baxırdı”.
“Baş verən son hadisəyə gəlincə, hələlik həmin ərazidə vəziyyətin qiymətləndilməsi prosesi gedir. Üstəlik dağıntı olunan ərazi təmizlənir”, - AAYDA sözçüsü vurğulayıb.
“Yolun bərpası nə zaman yekunlaşacaq” sualını cavablandıran Anar Nəcəflinin sözlərinə görə, sürüşmə zonasında aidiyyəti qurumların mütəxəssislərindən ibarət qrup araşdırma aparır: “Onlar nəticələrlə bağlı yekun rəy verəcəklər, bundan sonra həmin ərazinin yolunun yenidən bərpası işləri aparılacaq. Tam bərpa işlərinin nə vaxt yekunlaşacağını indidən demək çətindir”.
Xəbəri paylaş
5558 dəfə oxunub.
Digər xəbərlər

16-09-2021, 11:20
Koronavirusun sağaldıqdan sonra izi qalan daha bir fəsadı aşkarlandı
28-11-2021, 00:45
19 yaşlı Fidan Niftəliyeva açıq-saçıq videoları ilə şantaj edilirmiş.
27-03-2017, 14:29
Roza Zərgərliyə bahalı ad günü HƏDİYYƏsi - VİDEO
27-01-2019, 14:59
Rafael Ağayev döyüşdən dərhal sonra əməliyyat edildi - FOTO
8-06-2016, 14:26
Qənbər Qurbanov-İstanbul-Türkiyə- Azərbaycan Dərnəyinin başqanı Səfər bəyi təbrik etdi
13-01-2016, 12:16
3,7 milyon adamın maaş və pensiyası artacaq (VİDEO)
16-10-2018, 18:37
İş adamı Səbuhi Rəcəbə yeni vəzifə verildi- FOTO
29-03-2015, 00:10
Qızışmış buğanı gənc qız görün necə sakitləşdirdi — VİDEO
17-06-2016, 12:59
Berluskoninin cərrahı Bakıda əməliyyat aparıb