Qonşularının evini soyan şəxs saxlanıldı - FOTO
Tarix: 14-11-2019 | Saat: 19:09
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər
Mingəçevirdə qonşularının evindən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "xeberaz.az" verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edən zərərçəkənlər fərdi yaşayış evlərindən oğurluq edilməsi barədə məlumat veriblər.
Daxil olmuş müraciətlər əsasında Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluqları törətməkdə şübhəli bilinən şəhər sakini Anar Həsənov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməlini etiraf edib. Ətrafında aparılan araşdırmalar nəticəsində A.Həsənovun bir neçə gün öncə daha 3 qonşusunun evindən oğurluq etdiyi məlum olub. Qeyd edək ki, saxlanılan şəxs mənzillərdən əsasən məişət əşyaları, televizorlar və təmir-tikinti alətləri oğurlayıb.
A.Həsənovun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun oğurladığı əşyaları ayrı-ayrı şəxslərə satdığı məlum olub. Həmin şəxslər də müəyyən olunaraq Polis Şöbəsinə dəvət edilib. Polislər tərəfindən onlarla profilaktik söhbətlər aparılaraq xəbərdarlıq ediliblər. Həmin əşyalar isə aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırmalar aparılır. Anar Həsənovun başqa analoji cinayətlərdə əlinin olub-olmaması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş
6208 dəfə oxunub.
Digər xəbərlər

19-06-2016, 18:45
Hemilton Bakı trasında rekord vurdu
11-03-2016, 13:36
Avropa Liqasında 1/8 final mərhələsinin oyunları keçirildi - NƏTİCƏLƏR
19-04-2015, 01:25
Ehtirasın Ən Sehirli Nöqtələri-Oxuyanlar bilər
30-09-2016, 22:45
Anar Məmmədxanovun oğlu AFFA-da işə başladı
24-04-2018, 10:41
ATƏT təmas xəttində monitorinq keçirəcək
27-07-2015, 12:01
İlham Zəkiyev: Gözüm işığı görmür, amma... (FOTO)
7-06-2022, 14:09
Naxçıvana bilet 60 yox, 100 manat olsun!
6-02-2016, 22:06
Ramil Səfərovla yenidən həbs oluna bilərmi?
14-01-2016, 17:26
Azərbaycanda yeni radikal sekta yaranıb - FOTOLAR