Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Oktay Güləliyevin maşınla vurulmasının təfərrüatı - RƏSMİ
Tarix: 31-10-2019 | Saat: 19:12
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Səhiyyə | çapa göndər

Oktay Güləliyevin maşınla vurulmasının təfərrüatı -RƏSMİ
Oktyabr ayının 29-u saat 17:22-də paytaxtın Nəsimi rayonunun 28 May küçəsi ilə Puşkin küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, piyada, Bakı şəhər sakini Oktay Güləliyevin avtomobillə vurulması faktı üzrə cinayət işi başlanaraq istintaq aparılır.
Bakı şəhər Baş Polis İdarəsinin və Bakı şəhər prokurorluğunun mətbuat xidmətlərindən  verilən birgə məlumatda qeyd olunur ki, bununla belə, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə hadisənin guya qəsdən törədilməsinə dair əsassız informasiyalar yayılmaqdadır. Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunaraq aşağıdakılar bildirilir.
2019-cu ilin iyun ayından “A taksi” şirkətində taksi sürücüsü işləyən Abdullayev Kənan Kamal oğlu  cari ilin sentyabr ayından etibarən hər gün saat 17.30-da Nizami küçəsində fəaliyyət göstərən “Kinder Ville” hazırlıq kursundan götürdüyü qonşusu Əsədov Saməddin Fəxrəddin oğlunun övladını evə aparmaq üçün 28 May küçəsi ilə hərəkətini davam etdirərək 15-20 metr getdikdən sonra saat 17:22:35-də işıqforun yaşıl işığında Puşkin küçəsi istiqamətində sola dönərkən həmin küçədəki piyada keçidi ilə yolu keçən Oktay Güləliyevi ehtiyatsızlıqdan vurmuşdur. O, dərhal ətrafdakı şəxslərin köməkliyi ilə Oktay Güləliyevi avtomobilə mindirərək tibbi yardım göstərilməsi üçün Kliniki Tibbi Mərkəzə aparıb.  
“Təhlükəsiz Şəhər” Xidmətinin müşahidə kameraları ilə qeydə alınmış müvafiq görüntülər Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən hadisədən dərhal sonra ictimaiyyətə açıqlanmışdır. Bu təfərrüatlar, həmçinin sürücü Kənan Abdullayevin, onun qonşusu Saməddin Əsədovun, eləcə də qəzadan qısa müddət əvvəl avtomobildən düşmüş sərnişin Nail Məmmədovun ifadələri ilə təsdiq olunur.  
Bununla bərabər, ilkin sübutlarla sürücü Kənan Abdullayevin hərəkətlərində  “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75.1-ci maddəsinin, yəni “Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir” tələbinin pozuntusu müəyyən edilib.
Cinayət işinin istintaqı zamanı hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilib, sürücü sərxoşluq və narkoloji müayinələrə cəlb olunaraq hər hansı qanunazidd hal aşkar edilməyib. Kənan Abdullayevin, avtomobili, nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiqləyən sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi müəyyənləşdirilib.
Bir daha bildirilir ki, baş vermiş yol-nəqliyyat hadisəsinin istintaqı ilə bağlı dövlət qurumları tərəfindən görülən işlərə bir qrup şəxsin kölgə salmaq, insanlarda yanlış fikir formalaşdırmaq və dövlətə inamsızlıq yaratmaq məqsədilə istintaqın qeyri-obyektiv aparılacağına dair əsassız məlumatlar yaymaqla cəmiyyəti çaşdırmaq və ajiotaj yaratmaq cəhdləri yolverilməzdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisəsi və məhkəmə-tibbi ekspertizaların rəyləri alındıqdan və digər zəruri hərəkətlər həyata keçirildikdən sonra K.Abdullayevin əməlinə hüquqi qiymət verilməsi təmin ediləcəkdir.



3598 dəfə oxunub.

Digər xəbərlər
22-11-2015, 16:09 Qonaq getdiyi evdə öldü

bütün xəbərlər
____ Instagram ___