Bu stansiyaların fəaliyyəti müvəqqəti dayandırılacaq - RƏSMİ
Tarix: 19-10-2019 | Saat: 12:45
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat | çapa göndər
“Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 19-da saat 15-də mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq cavab verilməsinə baxmayaraq, mitinqin təşkilatçıları həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni Bakı metropoliteninin "28 May" stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə məlumatlar paylaşmışlar. "Bakı Metropoliteni" QSC bəyan edir ki, nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət təşkilatçıların üzərinə düşəcək”.
Bu barədə Bakı metropolitenindən məlumat verilib.
Bildirilib ki, strateji əhəmiyyətli və kütləvi nəqliyyat infrastrukturunun fəaliyyətinin iflic olmaması, eləcə də bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların hüquqlarının qorunması məqsədilə, Bakı metropoliteninin "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının oktyabrın 19-da saat 13:00-dan fəaliyyətinin müvəqqəti dayandırılması qərara alınıb.
Qeyd olunub ki, metropolitenin mühafizə zonalarında qanunsuz aksiya keçirilməsinə çağırışlar edən şəxslər, yaxud belə hüquqazidd aksiyaların təşkilatçıları haqqında qanunvericilikdə nəzərdə tutulmuş sərt tədbirlərin görülməsi barədə aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Xəbəri paylaş
6058 dəfə oxunub.
Digər xəbərlər

24-11-2015, 11:45
Ermənistana daha bir BEYNƏLXALQ ZƏRBƏ: Sərsəngdən dərhal geri çəkilin!
27-10-2015, 12:11
Gürcüstan Rusiyaya niyə yaxınlaşır?
26-06-2018, 14:24
"Xəstəliyimə "don" geyindirənlərə demək istəyirəm ki..."
26-06-2016, 11:51
Şakira furbolçu ilə belə zarafat etdi - Foto
18-02-2017, 13:56
Türkiyədəki terrorla bağlı ürəkağrıdan MƏQAM - VİDEO
13-11-2015, 16:26
YARI İNSANABƏNZƏR MƏXLUQ YAXALANIB!
5-06-2016, 17:18
Fransada avtobusa hücum edildi: yaralılar var
15-11-2020, 12:50
Hərbi Dəniz Qüvvələrində andiçmə mərasimi keçirildi
18-04-2016, 14:34
170 erməni qızı cəbhəyə gəlir - Əsgər çatmır