Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Həm də Prezident bu çıxışını Putinin yanında etdi”
Tarix: 15-10-2019 | Saat: 11:40
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət | çapa göndər

“Həm də Prezident bu çıxışını Putinin yanında etdi”
Bu gün Milli Məclisdə “Qarabağ - Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr başlayıb. 
“Xeberaz.Az” xəbər verir ki, dinləmələrə sədrlik edən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin deputat Səməd Seyidov ölkə başçısının “Valday” klubunda Dağlıq Qarabağla bağlı çıxışının əhəmiyyətindən söz açıb: “Həmin çıxış bir daha göstərdi ki, biz hər şeyə qadirik. Baxmayaraq ki, qaçqın və məcburi köçkün problemi ilə üzləşmişik. Bununla bərabər yüksək səviyyədə mövqeyimizi müdafiə edə bilirik”.
Tədbirdə çıxış edən Qarabağ icmasının rəhbəri Tural Gəncəliyev bildirib ki, Prezidentin öz çıxışında Ermənistanı ifşa etməsi hamı üçün örnəkdir: “Biz Azərbaycan xalqı olaraq cənab prezidentin etdiyi addımları özümüzə nümunə götürməliyik və ermənilərin ifşası üçün fəaliyyət göstərməliyik. Biz icmanın nüfuzunun beynəlxalq təşkilatlarda qaldırılması üçün fəaliyyət göstəririk. Eyni zamanda, ermənilərin saxta iddiasına təxribat xarakterli bəyanatlarına cavab verməliyik. Bu bəyanatdan sonra əminik ki, biz tezliklə öz torpaqlarımıza qayıdacağıq. Biz Qarabağ icması olaraq xüsusilə informasiya müharibəsinin getdiyi bütün platformalarda mübarizəmizi davam etdiririk”.
REKLAM

www.grandhayat.az
Daha ətraflı






Digər çıxışçı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vurğulayıb ki, hər bir Azərbaycan vətəndaşı ölkənin ərazi bütövlüyü ilə bağlı fikirlərini bildirməlidir: “Azərbaycan xalqı heç vaxt geriyə addım atmayacaq. Azərbaycan xalqı cənab prezidentin mövqeyini, qətiyyətini bilir. Bizim diplomatiyamızın uğurunu bütün dünya görür. Məcburi köçkünlər üçün  bütün lazımi şərait yaradılır. Onların yaşayış səviyyəsinin qaldırılması üçün mənzillər tikilir. Ancaq bununla yanaşı, hazırda çox mənfi vəziyyətdə yaşayan məcburi köçkünlərimiz də var. Onlar üçün lazımi şərait yaradılır. Komitəyə gələn hər bir məcburi köçkün Azərbaycanımızı bütöv görmək istəyir”.
Deputat Araz Əlizadənin sözlərinə görə, dövlət başçısı çıxışında ermənilərə dalbadal iki ağır zərbə vurub: “Elə zərbə vurdu ki, özlərinə gələ bilmirlər. Özü də bu çıxışını Putinin yanında etdi. Ermənistanda hazırda hakimiyyətdə olanlar faşistdirlər. “Daşnak” partiyası qurultayını Xankəndində keçirdi ki, guya, bu torpaqlar onundur. Arzum odur ki, bizim ordumuz da belə bir nida işarəsi qoysun və biz bu məsələni qurtaraq. Həm də o nida işarəsini təkcə cənab prezident yox, Azərbaycan xalqı da qoyub”.


Xəbəri paylaş

4218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___