Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müqaviləsiz işçi işlədənlər cərimələnib - 1.5 milyon manat
Tarix: 11-10-2019 | Saat: 12:18
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər

"Əmək və ya xidməti müqavilə olmadan işçi cəlb edən işəgötürənlərdən 90-ı üzrə inzibati cərimə və ya maliyyə sanksiyası tətbiq edilib"

"Xeberaz.Az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin səyyar monitorinqlərinin başlamasının 2 ili bağlı keçirilən tədbirdə bildirilib.

Qeyd olunub ki, 4 işəgötürən üzrə əməldə cinayət tərkibinin olması müəyyən edilib və müxtəlif cəza və cərimə tədbirləri həyata keçirilib: "Qeydə alınmış pozuntu halları üzrə ümumilikdə 1.5 milyon manat məbləğində cərimə və sanksiya tətbiq edilib".

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli 1349 nömrəli Fərmanına əsasən yaradılmış Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və bu sahədə tikinti subyektlərinə metodiki köməklik göstərilməsi vəzifəsini həyata keçirir


Xəbəri paylaş

5588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___