Dilqəm və Şahbazla bağlı son durum: - Ailəsindən AÇIQLAMA
Tarix: 10-10-2019 | Saat: 16:30
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Qarabağdan xəbər var | çapa göndər

Sentyabrın 23-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik sammitdə Ermənistanın girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi barədə məsələ qaldırılıb.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov konfransda Azərbaycan hökumətinin əsirlərin “Hamının–hamıya” prinsipi ilə dəyişdirilməsi təklifini konfransdan bir həftə əvvəl rəsmi şəkildə Ermənistan hökumətinə və beynəlxalq təşkilatlara ünvanladığını bildirib. Rusiya xarici işlər naziri Sergey Lavrov isə oktyabrın 3-də “Valday” diskussiya klubunun XVI sammitində Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı açıqlama verərək girovların dəyişdiriləcəyini vurğulayıb.
Maraqlıdır, bununla bağlı girovların ailə üzvlərinə məlumat verilib?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Şahbaz Quliyevin qardaşı Manaf Quliyev qeyd edib ki, hadisənin gedişatı ilə bağlı, ümumiyyətlə, ailə üzvlərinə heç bir məlumat verilmir:
“Biz bütün baş verənləri televizordan izləyirik. Amma oktyabrın 1-i video əldə etmişik. Biz Beynəlxalq Qırmızı Xaç Komitəsində videonu izlədik. Qardaşım videoda ancaq ailə üzvlərimizə salam göndərirdi. Əlavə nəsə deməyinə icazə vermirlər. Biz əslində, məktub gözləyirdik, çünki həmişə məktub göndərəndə, cavab da məktubla olurdu. Videodan üç həftə əvvəl biz məktub göndərmişdik. Video ona cavab olaraq gəlib. Girovların dəyişdirilməsi ilə bağlı da bizə məlumat verməyiblər. Amma bir neçə gün əvvəl il sonunadək bunun mümkün olacağını dedilər. Bizə şəxsi olaraq bununla bağlı heç nə deyilməyib. Heç kimə müraciət də edə bilmirik. Çünki bilmirik ki, problemi kimə deyək. Məsələ ilə dövlət məşğul olduğu üçün onlardan bir cavab gözləyirik. Əgər prezidentlər razılaşsalar, girovların dəyişdirilməsinin mümkün olacağı deyilir”.
1968 dəfə oxunub.
Digər xəbərlər

20-06-2017, 10:33
Maradona ulduz futbolçu haqda: O, axmaqdı
26-07-2019, 04:29
Şəmkirdə 25 yaşlı qadını ÖLDÜRDÜLƏR
3-05-2016, 12:15
Ermənilər Talışı boşaltdı
7-06-2018, 21:31
Prezident sərhəd rayonların başçılarını niyə “təmizləyir”? - “Bütün dosyelər İlham Əliyevə şəxsən təqdim edilir”
6-06-2017, 12:20
İşlənmiş telefon alanlar diqqətli olun! - Aldığınız telefon oğurluq ola bilər - VİDEO
3-05-2017, 16:05
Soçidə Putin və Ərdoğan arasında görüş keçirilir
11-08-2016, 23:54
Röya məşhur rejissorla klipə çəkildi - Video
5-11-2015, 15:08
Göyçayda Nar bayramı keçiriləcək
30-07-2017, 16:30
Lənkəranda 6 günlük körpəni oğurlayıb öldürən öz atasıdır? - Yenilənib
3-10-2015, 20:43
Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyuldu