Hacıqabulda “Seyid” ləqəbli narkotacir saxlanıldı - FOTO
Tarix: 05-10-2019 | Saat: 11:46
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan "Xeberaz.Az"-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Zakir Qəhrəmanov saxlanılıb.
Onun üzrinə keçirilən baxış zamanı 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı Z.Qəhrəmanov narkotik vasitəni “Seyid” ləqəbi ilə tanınan şəxsdən 50 manata aldığını bildirib.
Əməliyyat tədbirinin davamı olaraq həmin şəxsin rayonun Rəncbər kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 41 yaşlı Mirhəmid Mehdiyev olduğu məlum olub. Polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilən M.Mehdiyevin əlindəki sellofan torbadan 1ədəd şüşə və 1 ədəd plastik qabda qurudulmuş marixuana, üzərinə keçirilən baxış zamanı isə 2 ədəd bükümdə heroin və 3 ədəd bükümdə marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Xəbəri paylaş
5678 dəfə oxunub.
Digər xəbərlər

31-05-2016, 11:25
Əli Həsənov: "Azərbaycanda medianın palitrası artıq tam formalaşıb"
20-05-2015, 16:18
Arda Turandan başsağlığı
29-12-2015, 14:40
AZAL qiymətləri endirdi (RƏSMİ)
24-07-2018, 14:30
Bakı metrosunda qatar sərnişini vurub
3-05-2016, 23:35
"İlham Əliyev əsgərlərinin yanındadır"
29-02-2016, 15:45
İlham Əliyev Putinə başsağlığı verib
9-07-2015, 11:04
Obama: “İŞİD-in təlimlərini sürətləndirəcəyik” VİDEO
22-02-2017, 11:30
Leyla Əliyeva Birinci xanımı belə təbrik etdi: "Fəxr edirəm..."
8-06-2021, 09:02
Uşaqlar niyə dırnaq yeyir? - Dırnaq yemə xəstəliyi
7-05-2021, 16:10
İcra başçısının imarətində asılmış meyit AŞKARLANDI - FOTO