Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İranla sərhəddimizdə SİLAHLI İNSİDENT: ÖLƏNLƏR VAR (FOTOLAR)
Tarix: 02-10-2019 | Saat: 13:02
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə | çapa göndər

İranla sərhəddimizdə SİLAHLI İNSİDENT:ÖLƏNLƏR VAR (FOTOLAR)

Azərbaycanın Dövlət Sərhəd Xidməti dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, 2019-cu il oktyabrın 2-də saat 00:13 radələrində Dövlət
Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozmaları müşahidə olunub.
Sərhəd naryadı “Dayan” əmri verərək sərhəd pozucularını təqib edib və havaya xəbərdarlıq atəşi açılıb.. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd edib, 1 sərhəd pozucusu üzərindəki çantanı ataraq İran istiqamətinə, digər 2 sərhəd pozucusu isə hadisə yerindən digər istiqamətə qaçmağa cəhd göstəriblər.
“Dövlət sərhədi haqqında” qanunun tələblərinə uyğun olaraq sərhəd naryadları tərəfindən silah tətbiq olunub və hər 3 sərhəd pozucusu aldıqları güllə yaralarından hadisə yerində vəfat ediblər.
  • İranla sərhəddimizdə SİLAHLI İNSİDENT:ÖLƏNLƏR VAR (FOTOLAR)
  • İranla sərhəddimizdə SİLAHLI İNSİDENT:ÖLƏNLƏR VAR (FOTOLAR)
  • İranla sərhəddimizdə SİLAHLI İNSİDENT:ÖLƏNLƏR VAR (FOTOLAR)
  • İranla sərhəddimizdə SİLAHLI İNSİDENT:ÖLƏNLƏR VAR (FOTOLAR)
  • İranla sərhəddimizdə SİLAHLI İNSİDENT:ÖLƏNLƏR VAR (FOTOLAR)



Xəbəri paylaş

4588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___