Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prokurorluq işçiləri Fəxri və Şəhidlər xiyabanlarında - FOTOLAR
Tarix: 01-10-2019 | Saat: 10:19
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm | çapa göndər

Prokurorluq işçiləri Fəxri və Şəhidlər xiyabanlarında- FOTOLAR
Bu gün - oktyabrın 1-i Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır.
"Xeberaz.az" xəbər verir ki, prokurorluq orqanlarının əməkdaşları prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluğunun yaradılmasının 101-ci ildönümü münasibətilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Baş prokuror Zakir Qaralov və prokurorluq əməkdaşları daha sonra Şəhidlər xiyabanına gəlib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanları yad ediblər, "Əbədi Məşəl" abidəsinin önünə əklil qoyublar.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il bu tarix prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir. 
  • Prokurorluq işçiləri Fəxri və Şəhidlər xiyabanlarında- FOTOLAR

Xəbəri paylaş

5168 dəfə oxunub.

Digər xəbərlər
3-07-2017, 13:06 Əsl dəniz HAVAsı

bütün xəbərlər
____ Instagram ___