Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda hakim oğlu vətəndaşın maşınını əlindən aldı (Foto)
Tarix: 27-09-2019 | Saat: 14:50
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm | çapa göndər

Azərbaycanda hakim oğlu vətəndaşınmaşınını əlindən aldı (Foto)
Azərbaycanda hakimin oğlu vətəndaşın avtomobilini mənimsəyib.
Unikal.org-a müraciət edən vətəndaş Ağacanov Elbrus Elbəyi oğlu bildirir ki, satışa çıxardığı avtomobilini onun etibarından sui-istifadə edərək, əlindən alıblar. Zərərçəkən qeyd edir ki, bu günə qədər hakim oğlu avtomobilin pulunu ödəməkdən imtina edir:
"Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovun oğlu Səmədlə tanışlığımız var idi. Mənə məxsus çay evinə gəlirdi. Mən 99-LJ-448 dövlət qeydiyyat nişanlı " Chevrolet Aveo" markalı avtomobilimi satırdım. Səməd Hüseynovla maşının qiymətini 8500 manata razılaşdıq. Dedi ki, mənə etibarnamə ver, gedim Bakıya pulu gətirib verəcəm. Sonra da bəhanə edib nə pulumu, nə də  maşınımı verdi. Daha sonra mənə 1000 manat, 300 manat, ən sonda da 1000 manat verdi. Qalan pulu isə ödəməkdən imtina etdi. Pulumun qalan hissəsini istəyəndə isə Səməd "atam hakimdi, heç kəs mənə heç nə edə bilməz" deyir. Sonra da öyrəndim ki, məndən əlavə də bir neçə nəfərin etibarından sui-istifadə edərək, pul atıb. Məndə hətta Səmədin telefon danışıqlarının səs yazıları da var".
Elvin Rüstəmov
  • Azərbaycanda hakim oğlu vətəndaşınmaşınını əlindən aldı (Foto)


Xəbəri paylaş

4988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___