Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı iş adamından şantajla 1 milyon tələb edən ər-arvad görün kim çıxdı (FOTO)
Tarix: 27-09-2019 | Saat: 14:33
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə | çapa göndər

Azərbaycanlı iş adamından şantajla 1 milyon tələb edən ər-arvadgörün kim çıxdı (FOTO)

Türkiyədə Azərbaycanlı iş adamını əlindəki görüntülərlə şantaj edən şəxslər xaricə qaçmaq istəyərkən saxlanılıb. 
"Xeberaz.Az" xəbər verir ki, Azərbaycanlı N.N adlı iş adamı onu şantaj edən şəxslər haqqında ifadə verib. 
O ifadəsində bildirib ki,  şirkətinin Türkiyədəki işlərini idarə etməsi üçün səlahiyyət verdiyi Özgür K. və həyat yoldaşı Esin K. əllərində ona aid görüntülər olduğunu söyləyərək şantaja əl atıblar. Bu vasitəylə iş adamından 1 milyon dollar pul tələb ediblər. 
Şantajçı ər-arvad N.N-nin pulu verməzsə görüntüləri xəbər şəkilində Azərbaycan mediasına ötürəcəkərini deyiblər. Bundan sonra iş adamı vəziyyətlə bağlı polisə məlumat verib. Asayiş Şöbə Müdirliyi, Qəsb Büro komandirliyinə bağlı qruplar, iş adamının şikayətindən sonra hərəkətə keçib. 
Şəxslərlə bağlı aparılan araşdırmalar nəticəsində evli cütlüyün Gürcüstana qaçmaq üzrə yolda olduqları məlum olub. Hələ pulu ala bilmədikləri üçün Ərzurumda bir otelə yerləşdikləri də təyin olunub. Bundan sonra bölgə Təhlükəsizlik Müdirliyi ilə ortaq iş görülüb və onlar oteldə tutulub.
Saxlanılan Özgür K. polis bölməsindəki ifadəsində "N.N-nin mənə 1 milyon dollar borcu var idi, buna görə belə bir şey etdim" deyə bildirib. Bildirilir ki, saxlamnılan şəxslər iş adamının bir yemək masası arxasında əlində şərab qədehi olarkən çəkilmiş fotosu ilə şantaj edib. Bu fotonun Azərbaycanda xoş qarşılanmayacağı və iş adamının etibarını zədələyəcəyini bildikləri üçün belə bir üsuldan istifadə etmək istəyiblər. 
Azərbaycanlı iş adamını şantaj edərək ondan 1 milyon dollar istəyən şübhəlilər bölmədəki əməliyyatlarının ardından məhkəməyə sövq edilib. 
 
  • Azərbaycanlı iş adamından şantajla 1 milyon tələb edən ər-arvadgörün kim çıxdı (FOTO)





Xəbəri paylaş

6558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___