DYP yük avtomobillərinin sahiblərinə və sürücülərə müraciət edib
Tarix: 14-09-2019 | Saat: 10:58
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sahiblərinə və sürücülərə müraciət edib.
DYP-dən "xeberaz.Az"-ə verilən məlumatda bildirilir ki, paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması, hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli qərarı ilə oktyabır ayının 1-dən may ayının 1-dək maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin səhər saat 7:30-dan axşam 20:00-dək Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunub.
Lakin yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 16-da paytaxt ərazisində, üsusilə şəhərin giriş-çıxış hissələrində saat 8:00-dan 10:00-dək nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artacağı ehtimal olunur.
"Bunu nəzərə alaraq, DYP sürücülərdən və avtomobil sahiblərindən xahiş edir ki, ayrı-ayrı müəssisələrə və fiziki şəxslərə məxsus, şəhərə girişinə icazə verilmiş yük avtomobillərindən göstərilən saatlarda mümkün qədər az istifadə olunsun. Ümid edirik ki, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün sürücülərimiz müraciətimizə düşünülmüş şəkildə yanaşacaq, ilk dərs günündə azyaşlı məktəbli uşaqlara yollarda çətinlik yaşatmayacaqlar", - məlumatda vurğulanıb.
Xəbəri paylaş
6238 dəfə oxunub.
Digər xəbərlər

2-01-2018, 12:49
Qeyri-sabit hava şəraiti davam edəcək
25-12-2015, 14:06
Banklardan dollar krediti olanlara şad xəbər: güzəşt olacaq (VİDEO)
7-04-2017, 15:14
Rusiya Müdafiə Nazirliyi: ABŞ-dan izahat gözləyirik
21-06-2017, 11:23
Qusarda DƏHŞƏT: ana 5 yaşlı qızını zəhərləyib öldürdü
24-09-2018, 19:28
Sergey Şoyqu: "Rusiya iki həftə ərzində "S-300"ləri Suriyaya verəcək"
12-05-2023, 09:31
Ölmüş atasını il yarım soyuducuda saxladı: Hərdən söhbət etmək üçün çıxarırmış - FOTO
3-07-2015, 19:28
Onlari unutmaq olarmi?
24-08-2016, 20:56
“Göydə açıq bazar açıb, yer satırlar” - AZAL-a qarşı ittihamlar
21-05-2018, 14:46
Lalə Brillianta barışıq əli uzatması haqda: "Heç vaxt..."
16-02-2017, 01:57
"Kinder Surprise" gulmeli -VIDEO