Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Manıs Afətin dövləti iradları… — Jurnalistdən Fərmanqızına "güllə" kimi SÖZLƏR
Tarix: 11-09-2019 | Saat: 11:24
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Şou-Biznes / M2 | çapa göndər

Dünyaca ünlü, müxtəlif dillərdə ilahiləri ilə tanınan və sevilən, əslən cənublu, azərbaycanlı ifaçı Sami Yusuf azərbaycanlı həmkarları, əməkdar artisti Təyyar Bayramov, əməkdar incəsənət xadimi  Samirə Əliyevanın iştirakı ilə böyük Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunan, şairin “Sığmazam” qəzəlinin sözlərinə bəstələnmiş “Nəsimi” adlanan kompazisiyanı təqdim edib.  Sosial şəbəkələrdə, hətta ölkə mediasında “Sığmazam” adı ilə populyarlıq qazanmış kompazisiyada 57 nəfərlik orkestr yer alıb. Adam təkcə ifanın, orkestrin, xorun, Nəsiminin yox, bütövlükdə Azərbaycanın nəhəngliyini hiss eləyir əsərdə. Dinlədikcə yadına xoş-naxoş epizodlar düşür…

…Nəsiminin “Sığmazam” qəzəlinə ilk “əsəri” Afət Fərmanqızı adlı müğənni, hind musiqisi üzərindən impravizə  ilə təqdim etmişdi. Hələ buna görə irad tutan karifeylərə, xalq artisti Rasim Balayev və Flora Kərimovaya da xoş olmayan sözlər ünvanlamışdı. Hər iki sənətkar da abrına qısılıb susmuşdu.

Düzü mənasız ifasına və canlı karifeyləri təhqirinə görə hətta Afətin ifasına toyda süzənlər də onu qınadı, tənqid, bəzən də təhqir elədilər. Mərhum Nəsibə xanımın “Qaynana”sının dili ilə “Adun qalsın Afət!” deyib yarızarafat, yarıciddi irad bildirənlər də oldu.  O da sona qədər hamının gözünü içinə “əcəb eləmişəmini”kişi qızı kimi dedi.

Sonra gənc ifaçı Ramal vard sırada.  O daha yaxşı səsləndimişdi qəzələ yazdığı mahnını. Dərindən nəfəs alıb “hə, bu başqa məsələ” söyləmişdi onda da çox adam. Çünki daha səliqəli, daha səviyyəli ifa idi.

Sami, Təyyar, Samirə üçlüyünün ifası isə o qədər möhtəşəm alınıb, bilmirsən ifaçılara sağ ol deyəsən, xoru xüsusi qeyd eləyəsən, musiqini vurğulayasan, yoxsa Nəsimini?!.  Nəsimi zatən o birilərin hamısınacan möhtəşəm idi. Demək ki, onu daha müasir və daha uğurlu formada, ən yüksək səviyyədə yeni nəslə təqdim etmək  gərək idi, məhz o oldu.

İndi deyəcəkləriminsə heç biri pafos deyil. Azərbaycan elə bir dövlət ki, illər uzunu yeddi yoldan əngəl törədilib ona. Azərbaycanlılar elə bir millət ki, bütün yollarını həmişə haralardansa, kimlərsə bağlamağa çalışıb, amma necəsə edib yenə yol tapıblar dünyaya çıxmağa. O necə olub? Məsələn beləcə, Nəsimi kimi çıxmışıq dünyanın qarşısına…
 
Image result for JalÉ MütÉllimova

Az qalmışdı nənəmin bizə olan sevgi ifadəsini də mən impravizə edim, deyim, “bizi verənə  şükür”, ortaya Afət Fərmanqızı çıxdı. Heç yeridir? Heç sözdür? Heç lazımdır? Gəlib gəlməsinə,  görək  dövlətə, rəsmi qurumlara, rəhbər şəxlərə, millətə, xalqa, Moşu demiş, “naroda” nə deyir?!

Afa deyir,  “Sami Yusufun Nəsiminin “Sığmazam” qəzəlinə müraciət etməsi gözəl haldır”. Yəni ki, ağıllı uşaqdı, düz yol tutub, olsun.  Sonra dönür soruşur ki, “burada nə var? Qəzəl oxumaq üçündür”. Az qalır desin, “qəzəldi dana, Nəsimi qaqam yazıf”.  Davam eləyir: “Bazara qəzəlin adını verməmişəm ki, oxumuşam. Sami Yusuf da oxuyub, mən də. Bazara Nəsiminin adını verənlər xəcalət çəksin. Mən Xocalı günü İsraildə konsert verməmişəm. Xaqaninin heykəlini sökdürüb, ticarət mərkəzi tikdirməmişəm”. Burda məmurlu, biznesmenli hamının bostanı daşlanır və deyilir ki, “niyə xəcalət çəkirəm?”.  Düz deyir, Hacı Romadan sonra bu xəcalət məsələsi haqda sualında manıs dibinəcən haqlıdı. Hələ davamına baxaq: “Sami Yusuf cənubi Azərbaycandandır. Onun ifasını bu qədər bəh-bəhlə yaymaqla heç nə əldə etməyəcəklər. Onun məndən sonra “Sığmazam”ı oxuması mənim uğurumdur. Mənim uğurumu görüb, oxuyurlar”. Burda bilmədim Samiyəmi, Samirəyəmi özüməmi, Təyyaramı, yoxsa Nəsimiyəmi deyim bu sözü, amma kül olub başımıza, bu dəqiqdir. Nəzərə alınsa ki, kompozisiya həm də dövlət qurumlarının nəzarətində olan ciddi bir proyektdir, Afət dövlət adamlarına da demək istəyib ki, “oxumasaydım, yadınıza düşmürdü heç bu qəzəl”…Düzü, ağır söhbətdir. Kim bilir?! Amma Afət deyəsən hardansa, necəsə, nəsə öyrənib, bilir.

Sonrası da var, “Sami Yusufa qoyulan xərclə on xəstə uşağı sağaldardılar. Bu, Məhərrəmlik, Aşura ayında savab olardı”. Manıs deyir “nə büdcədən pul götürdüm, nə kimsə mənə pul qoydu. 200 manat pul xərcləyib “Sığmazam”ı yazdırdım, dillər əzbəridir. Ya zəlzələdən, ya vəlvələdən. Fərqi nədir? Hamı əzbər bildi, xalq qəzəli sevdi. Başqa milləti gətirib, göyə qaldırmaqla nə demək istəyirlər? Mən niyə xəcalət çəkməliyəm?” Burda bir ciddi STOP!

Biri bu cahilə başa salsın, Sami, Təyyar və Samirə elə bizim millətin övladlarıdır. Sami dünya səviyyəsində tanınan səs olsa da, Samirə və Təyyar da Azərbaycanın başını quyu dibinə endirməyiblər heç vaxt. Dəyərlərin, ənənələrin qədrini bilən sənətçilərdir. Ən dəhşətlisi və artıq zarafatsızı, bu qadın nə qədər cahil olmasının fərqində deyil. Anlamır ki, dövlət nədir, dövlətçilik nədir, rəsmiyyət nədir, hökumət nədir? Elə bilir hamı Hacı Romadır, hər sözü deyə bilər, yeri gəldi, gəlmədi. Bir tədbirin Prezident sərəncamı, fərmanları ilə reallaşdırılması nəmənə olan şeydir, bunu başa düşmür. O qədər cahildir, bilmir, rəsmi dövlət tədbirlərində, gerçək səslər yer alır, manıslar yox. Və onun ifası ifa olsaydı, “Nəsimi” kompazisiyası hazırlanmazdı. Bu adam anlamır ki, o hara, Sami, Təyyar hara, Samirə hara?!. Anlamır ki, anlamır! Susmur ki, susmur! Hamı da baxır, görür və kimsə demir, ay manıs, sən dövlətin rəsmi tədbirində səsləndirilməsi nəzərdə tutulan nəhəng bir işə çiyin dartıb, “hə doolsun deyəsi, onu bəyənməyəsi, qiymət verəsi, lağa qoyası, ən sonuncu “mütəxəssissən”. Kimsə demir ki, “ey dili qafil, oyan!” “Ey cahil, oyan!” Oyan və sus!..

…Nə isə sizi bilmirəm mən Hacı Romanın arvadını onun cahilliyinə, bir də ərinin hacılığına bağışladım getdi, bu Məhərrəm ayında, öz vətəndaş payıma…Ayrı nə deyim ki?!


Xəbəri paylaş

6758 dəfə oxunub.

Digər xəbərlər
22-03-2021, 01:00 Əmrah ekranlara qayıdır

bütün xəbərlər
____ Instagram ___