Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"SİPARK" İnşaaat müştərilərini belə süründürür...
Tarix: 09-09-2019 | Saat: 18:42
Bölmə:Bütün xəbərlər / M / İqtisadiyyat / Araşdırma | çapa göndər

Məlum olduğu kimi, Bakının müxtəlif rayonlarında müvəqqəti yaşayış üçün nəzərdə tutulan, istismar müddətini başa vurmuş iripanelli yaşayış binalarında, o cümlədən, yararsız olan fərdi yaşayış evlərində yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üçün həmin binaların sökülməsi prosesi gedir. Müxtəlif özəl tikinti şirkətləri pilot layihə çərçivəsində bu binaları sökərək, yerində müasir tələblərə cavab verən çoxmərtəbəli binalar tikir, həm köçürülən sakinləri mənzillə təmin edir, həm də qalan mənzillər satışa çıxarılır. Lakin çox təəssüflər olsun ki, bu tikinti şirkətlərinin üzərinə qoyulan öhdəlik nəinki lazımınca yerinə yetirilmir, hətta sakinlər arasında ciddi mənəvi psixoloji pozuntulara da gətirib çıxardır.Sipark inşaatın məhz bu sözügedən məsələylə bağlı Paytaxt Bakının Çapayev kimi tanınan ərazidə köhnəlməsi əsas gətirilərək sökülən binanın sakinləri ciddi narahatlığı qeyd etmək yerinə düşər. Burada  inşa edilən , Sipark İnşaata məxsus köçürüləcək  sakinlər, onlar üçün ayrılan iki illik kirayəşin durumda çətin yaşadığlarını vurğulayaraq artıq bu müddətdən 6 təqvim ayı vaxtının keçməsinə baxmayaraq hələ də köçürülməməsindən haqlı narazılıq bildirirlər.Artıq bu narazılıq ciddi və geniş vüsət alır. Belə ki, hətta kirayəşin yaşayan həmin sakinlərə verilməli olan kompensasiya məbləği belə, mövcud rəsmi sənəddə göstərilən 500 Azn və daha yuxarı göstərilsə də, həmin sakinlərin  bəziləri bundan düzgün yararlana  bilmir.
Maraqlıdır, əgər Sipark inşaat satdığı mənzilə görə ödəniləcək məbləği hansısa müştəri 6 ay yox, bircə ay gecikdirsəydi vəya hissə hissə versəydi, o zaman Sipark rəhbərliyindən Olan Seymur bəy nə hissləri keçirərdi? Hər halda müəyyən qədər psixoloji durumu heç də yaxşı olmazdı, elə deyilmi? Hələ onların bu gecikməyə görə məhkəmə orqanına belə iddia qaldıracağını demirik.
Bəs nə üçün indi bu Pilot layihə əsasında  iki ilə tikilib istifadəyə verilməli olan mənzil sahibləri kirayəşin mənzillərdə psixoloji problemlər yaşamalıdır?
Bu sualların cavabını məhz Sipark İnşaat rəhbərliyinin ifadələrilə qeyd etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayırıq. Mövzuya qayıdacağıq.


Xəbəri paylaş

6268 dəfə oxunub.

Digər xəbərlər
11-10-2017, 10:44 Cəbhədən YENİ XƏBƏR

bütün xəbərlər
____ Instagram ___