“Bu, polisə qarşı təxribatdır” - Bakı polisindən məscid AÇIQLAMASI
Tarix: 09-09-2019 | Saat: 17:38
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Aktual | çapa göndər
“Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatların sökülməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir”.
Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Xeberaz.Az"-a açıqlamasında bildirib. O deyib ki, iddialar polisə qarşı təxribatdır, orada plakatların polis tərəfindən sökülməsi ilə bağlı hər hansı göstəriş olması barədə söylənilənlər həqiqətə uyğun deyil:
“Bu qərəzli məlumatı yayanlar nəzərə alsınlar ki, polis bu xalqın övladlarıdır, vətən uğrunda canı fəda edən şəhidlərimizin xatirəsi bizim üçün də əzizdir, müqəddəsdir”.
Qeyd edək ki, mediada Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan və divara vurulan plakatları sökməyi əmr etməsi iddia olunur. Bu iddia ilə Kərbəla faciəsi ilə bağlı əzadarlığa toplaşan dindarlar çıxış edib. Onların dediyinə görə, Xəzər Rayon Polis İdarəsi bu addımı “yuxarıdan gələn göstəriş”lə əsaslandırıb.
Xəbəri paylaş
5148 dəfə oxunub.
Digər xəbərlər

11-06-2015, 14:14
Əli Əhmədovdan Avropaya sərt mesaj
23-07-2016, 14:21
Münhen faciəsindən dəhşətli görüntülər - FOTOLAR
5-02-2019, 12:45
"ŞƏRUR MTK"-nın işçiləri etiraz aksiyası keçirir! - VİDEO
6-08-2018, 19:04
Dünyanın ən iyrənc qoxuları açıqlandı - SİYAHI - FOTO
30-05-2016, 19:05
Almaniyadan Türkiyəyə zərbə: “Soyqırım” tanınır
16-06-2016, 16:43
Ələkbərov: “OPEK-in alternativi yoxdur”
14-01-2016, 12:11
Yüksək sürət qəzaya səbəb oldu (VİDEO)
16-01-2016, 17:31
Ramil Usubov polis rəisini işdən çıxardı
28-04-2018, 20:20
Azərbaycanın bədii gimnastları Dünya Kubokunun finalına yüksəldilər