Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xızıda yaşayış evinə qumbara atılıb? - FOTOLAR
Tarix: 05-09-2019 | Saat: 09:54
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

Xızıda yaşayış evinə qumbara atılıb? -FOTOLAR
Sentyabrın 5-də saat 00:17-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində vətəndaşa məxsus mənzildə 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan "Xeberaz.Az"-a bildiriblər ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının və partladıcının ətrafında 15 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
  • Xızıda yaşayış evinə qumbara atılıb? -FOTOLAR
  • Xızıda yaşayış evinə qumbara atılıb? -FOTOLAR
  • Xızıda yaşayış evinə qumbara atılıb? -FOTOLAR
  • Xızıda yaşayış evinə qumbara atılıb? -FOTOLAR
  • Xızıda yaşayış evinə qumbara atılıb? -FOTOLAR
  • Xızıda yaşayış evinə qumbara atılıb? -FOTOLAR
  • Xızıda yaşayış evinə qumbara atılıb? -FOTOLAR




Xəbəri paylaş

6148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___