Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Bütün tələbə qızlar ödənişli təhsildən azad olunsunlar” — YAP-çı deputat
Tarix: 02-09-2019 | Saat: 15:47
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Təhsil | çapa göndər

Təhsillə bağlı büdcənin maliyyə yükünün artırılmasına ehtiyac var. Xüsusilə, o səbəbdən ehtiyac var ki, dövlət ali təhsil müəssisələrində təhsil xərclərinin çox hissəsi ödənişsiz olsun. Yəni, dövlət ali təhsil ocaqlarına qəbul olunan tələbələrin 70 faizi ödənişiz təhsil alsın. Bunu da büdcə öz üzərinə götürsə, bu, çox yaxşı olardı.
 
"Xeberaz.Az" bildirir ki, bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin üzvü, deputat Musa Quliyev deyib.
 
Onun sözlərinə görə, bəzi kateqoriyadan-sosial müavinətə ehtiyacı olan şəxslərin təhsil haqları dövlət tərəfindən ödənilir.
 
“Bildiyiniz kimi, cənab Prezidentin qayğısı sayəsində qaçqın və məcburi koçkünlərin, 20 Yanvar və Qarabağ əlillərinin, şəhid ailələrinin övladlarının təhsil haqlarını dövlət ödəyir. Hörmətli birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə valideyin himayəsindən məhrum olunmuş uşaqlar, eləcə də, bir valideynini itirmiş-digəri əlil olan uşaqlar, həmçinin, birinci və ikinci qrup əlilliyi olan uşaqlar da təhsil haqqını ödəməkdən azaddırlar. Fikrimcə, bu humanist təşəbbüsləri daha da genişləndirərək, ödənişli əsasla universitetlərimizə qəbul olmuş bütün qız təhsill haqqını dövlətimiz öz üzərinə götürə bilər.
 
Bu baxımdan, çox istərdim ki, yaxın vaxtlarda biz elə bir qanun qəbul edək ki, bütün qız uşaqlarının xərcləri dövlət tərəfindən ödənilsin. Xüsusilə, atası olmayan qız uşaqlarının xərcləri birinci növbədə dövlət tərəfindən ödənilsin. Özü də istər özəl, istər dövlət təhsil müəssisələrində.
 
Dövlət təhsil müəssisələrində isə bütövlükdə qız tələbələrin xərcləri dövlət tərəfindən ödənilsin. Qeyd edim ki, ali məktəb tələbələrinin 46 faizini , yəni 75 min nəfərini qızlar təşkil edir. Onların əksəriyyəti yüksək bal yığıb ödənişsiz təhsil alanlardır.
 
Onu da xatırladım ki, bu il təhsil xərcləri üçün büdcədən 2 milyard 285 milyon manat vəsait ayrılıb. Odur ki, fikrimcə, gələn ilin büdcəsinə əlavə 100 milyon manat ayrılarsa, yaxud, 4,3 faizlik artım edilərsə, bütün qız tələbələrin təhsil haqlarının dövlət tərəfindən qarşılanması mümkün və problem öz həllini tapmış olar.
 
Çünki biz qızlarımızın oxumasına çox ciddi önəm verməsək, gələcəkdə bizim savadlı və sağlam nəslimiz olmayacaq. Həm də millətin inkişafı, cəmiyyətin inkişafı qadının tərəqqisindən, qadının inkişafından asılıdır”.
 
Komitə sədrinin müavini hesab edir ki, qızların orta-ixtisas və dövlət ali məktəblərində təhsil haqlarını dövlətin öz üzərinə götürməsi həm də erkən nikah probleminin həllinə dəstək olar.
 
“Eyni zamanda, selektiv abortların qarşısının alınmasına öz təsirini göstərər.
 
Bununla belə, təhsilli ana sağlam, mədəni və təhsilli övladlar böyüdərək cəmiyyətimizi daha da sivil bir ortama gətirəcək. Savadlı qadın, həm də iqtisadi cəhətdən öz ayaqları üzərində dayanan, öz haqqını tanıyan qadındır.

Böyük Hüseyin Cavid hələ 100 il qabaq deyirdi:
 
Qadın gülərsə bu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək…
 
Qızların təhsilinə önəm verməklə, biz yeni bir dünya trendinə də imza atnış olarıq…”-deyə, M.Quliyev sözlərinə əlavə edib.
 


Xəbəri paylaş

5588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___