Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Xanımımı və qızlarımı niyə sosial şəbəkədə paylaşım ki?”— Meyxanaçı
Tarix: 29-08-2019 | Saat: 19:48
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Şou-Biznes / Müsahibə | çapa göndər




Meyxanaçı Aqşin Fateh şou-biznesdə qalmaqala səbəb olacaq açıqlama verib.

"Xeberaz.Az" xəbər verir ki, o, bu barədə fikirlərini Lent.az -ın canlı yayımında qonaq olarkən ifadə edib.

Meyxanaçı bildirib ki, həyat yoldaşının şəklini sosial şəbəkədə paylaşmaq Azərbaycan kişisinə uyğun xüsusiyyət deyil:

"Şəxsi həyatımda gizli saxlanacaq işim yoxdur. Sadəcə, evimin içini göstərmək istəmirəm. Hansı kişi evində baş verənləri çöldə danışar? Mənim 2 qız və 2 oğul övladım var. Oğlanlarımla şəkillərimi paylaşıram. Sadəcə, qadın xeylağı elədir ki, Azərbaycan kişisi onu qorumalıdır. Məşhur adamların ailə üzvləri tanınanda, cəmiyyətdə onlara diqqət olur. Xanımımı və qızlarımı niyə sosial şəbəkədə paylaşım ki? Bu, Azərbaycan kişilərində olmayıb axı. Çıxarıb millətin qabağında xanımını göstərsin... Şou aləmində elə insanlar var ki, ailə fotolarını paylaşırlar. Bu da onların öz işləridir. Onlara nəsə deyə bilmərəm. Sadəcə, mən böyüklərimdən, həm də islamı baxımdan, dədə-babalarımdan kişi xarakteri olaraq özümə örnək götürmüşəm. Bu da mənim seçimimdir. Başqasının işinə qarışa bilmərəm. Hər zaman çalışıram ki, şəxsi həyatımı cəmiyyətdən gizli saxlayım”.


Xəbəri paylaş

6468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___